Bakıda sənədsiz evlərin sənədləşməsinin bir yolu var

 
Bakıda sənədsiz evlərin sənədləşməsinin bir yolu var

Paytaxtdakı 400 mindən artıq sənədsiz evin taleyi necə olacaq?
Bakı şəhərində evlərin sənədləşməsi məsələsi həmişə aktual olub. Milli.Az-a Nizami rayonu, Keşlə qəsəbə sakini Nadirin etdiyi müraciət də bu məsələnin sakinlər üçün maraqlı olmasından xəbər verir. Keşlə qəsəbəsindəki həyət evində yaşayan oxucu müracətində bildirir ki, evə qeydiyyatı olsa da, onu özəlləşdirə bilmir: "Sənədləşmə üçün müraciət edirəm, deyirlər ki, sərəncam lazımdır. Ötən əsrin 70-ci illərində tikilmiş evə mən necə sərəncam alım?"

Nizami Rayon İcra Hakimiyətinin təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev Milli.Az-a açıqlamasında bildirdi ki, həmin evdə ancaq sakinlərin qeydiyyatı varsa və başqa sənədlər yoxdursa, bu evin özbaşına tikili olması deməkdir. Şöbə müdirinin sözlərinə görə, Keşlə qəsəbəsində olan evlərin 90 faizdən çoxu özbaşına tikilidir və heç bir sənədi yoxdur. Həmin evlərin hazırda çıxarış almaq imkanları yoxdur.

B.Tatlıyev qeyd etdi ki, hazırda uzun müddət əvvəl tikilmiş evə heç kim sərəncam verə bilməz: “Qanunla əvvəl evin layihəsi olmalıdır. Razılaşdırlmış layihəyə uyğun ev tikilib onun istismar aktı alınmalıdr. Bundan sonra evə çıxarış almaq mümkündür. Bunların heç biri baş verməyib. Nə bilmək olar ki, həmin evlərin dayanıqlığı necədir. Amma bu o demək deyil ki, həmin şəxslərin vəziyyəti ümidsizdir. Qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi həyata keçirilməlidir”.

Ümidsizliyə qapılan sənədsiz ev sahiblərinə ümid verən icra hakimiyyətinin rəsmisi vurğuladı ki, bunun üçün Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya yaradılıb: “Bizim tərəfdən sənədləşməsi bu və ya digər səbəbdən başa çatdrılmayan 6500 evin siyahısı hazırlanaraq meriyaya təqdim olunub. Məndə olan məlumata görə, Bakıda olan qanunsuz evlərin sayı 400 minə yaxındır. Bütün məlumatlar rayonlar üzrə toplanıb dəyərləndirləndən sonra müvafiq hökümət qərarı olacaq və həmin evlər sənədləşdiriləcək. Mülkiyyət sənədi alınanadək hansı mərhələdə hansı sənəd almaq lazımdırsa, müvafiq dövlət orqanları həmin sənədləri verəcək”.

B.Tatlıyevin fikrincə, hazırda özbaşına tikililərin sənədləşməsinin bir yolu var, bu da müvafiq mexanizm hazırlanması və bu əsasla da sənədlərin alınmasıdır: “Vətəndaşların çoxunun səbri çatmır və gözləmirlər ki, bu mexanizm hazır olsun. Vətəndaşlar bəzən süründürməçilik, əlavə xərclərin çıxmasından şikayətlənirlər. Bu problemlərin yaranmaması üçün mexanizm hazırlanır. Hazırda həmin mexanizmin necə olması bizə də məlum deyil. Ola bilsin ki, bu komissiya və ya vahid pəncərə şəkildə olsun. Bütün hallarda vətəndaşlar hazırlanacaq mexanizm əsasında sənəd alan zaman problemlə üzləşməyəcəklər”.


Geri dön

SmiLe_LiFe

  • 3 dekabr 2012 16:14
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

solnuska

  • 2 dekabr 2012 03:00
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
HMM..................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GuNaY_83

  • 30 noyabr 2012 16:12
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
cox sag ol...

--------------------

fatimeyinur

  • 28 noyabr 2012 21:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
melumata gore twk

like_apple

  • 28 noyabr 2012 20:15
  • Məqalə: 0
  • Şərh: 166
  • Bal:
{awards}
he nolsun onu mende duzelde bilerem angry

so_sad

  • 28 noyabr 2012 20:09
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
teşekkür xebere göre

solnuska

  • 28 noyabr 2012 19:13
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
MELUMATA GORE TWK

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

R.M Fanatı...

  • 28 noyabr 2012 18:28
  • Məqalə: 36
  • Şərh: 3208
  • Bal:
{awards}
melumata gore twkler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 73

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 296
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}