Sən və Mən

 
Sən və Mən

Eyni cümlənin içində bir-birinə yad olan iki insanıq.Həyat ilə ölüm arasında qalan boşluğa sıxışmış iki bahar səhəri...

Bir az yorğun
bir az incik
bir az narahat...


Ayrılıqla şərəfləndirilmiş iki əsir ürək....
Sinəsində söz verilmişliklərin bir bıçaq yarası kimi parladığı iki süngüsüz əsgər..
Halbuki bayram sevinclərimiz vardı üzümüzə gülüş deyə taxdığımız...
Halbuki baca tüstülərinin belə üzündəki günahsızlığını çirklədə bilmədiyi ağ xülyalarımız vardı ardında həyat deyə çarpışdığımız...Xatırlayırsanmı səninlə tanış olduğumuz günü. ..Fırtınalı bir zaman idi..
Yorğun bir gün sonrası axşamın qaranlığına gizlənmiş iki kimsəsiz ürəkdik biz...
Ürkək baxışlarımız vardı. .Gizli cümlələrimiz yaralı keçmişlərimiz.

Sən mavi sulardan alınıb tozun torpağın içində yaşadılmağa çalışan bir balıq qədər çarəsiz. .Və mən bütün ümidləri qarmaqarışıq olmuş bir balıqçı qədər ümidsiz..

Ağrılarımız ortaq idi ümidlərimiz isə təkliyə qandallı. .Ama vaz keçmədik. ..Önüne gələn hər şeyi kölgəsinin qarşısında diz çökdürən küləyə belə bel bükmədik biz. .Ürəyimizi qalxan bilib sonuna qədər döyüşdük eşqimizə zaman biçən hər şeylə ..Bu döyüşdə məğlub olmağı ,ölməyi belə gözə aldıq biz. Sinəmizə ayrılığın medalı taxılmaqdansa ölümü rəva gördük ümidən yoxsun ürəklərimizə. Amma bəlkə göz ardı etdiyimiz bəlkə də unutmaq istədiyimiz bir şeylər vardı .

Biz bu döyüşə bir sıfır geridə başlamışdıq. .Ayrılığa yaxın idik .Gec qalışlarımız həkk olunmuşdu nəfəslərimizə. .Ve göz ardı etdiyimiz gəmimiz su aldı..

Amma vaz keçmədik...Yanan bir şeylər vardı yavaş yavaş. .Məğlubiyətə hazır iki əsgər vardı ayaqlarımızın ürkək kölgələrində. Bəlkə də geç-tez ayrılmağa məhkum iki qırıq ürək vardı özümüzdən belə gizləndiyimiz künclərdə.. Amma möhürlü qədərimizə inad tək bir ürək olmağa çalışdıq uçurum kənarlarında.. Sevdamıza biçilən kəpənək ömürünə inad biz yaşamağa çalışdıq...


Geri dön

Just For Legend

  • 11 dekabr 2010 19:34
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
maraqli xebere gore minnattaram

--------------------

Azeri_Gozeli

  • 10 dekabr 2010 16:35
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
sag ol

--------------------

AskZede

  • 9 dekabr 2010 18:29
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Hmm Cox Gozel Xeberdi Twk

--------------------

Ulya

  • 9 dekabr 2010 18:10
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

Sergio Ramos

  • 9 dekabr 2010 17:57
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
ilk şəRh məNdəN təşəkkür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 46

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}