Artıq qərarını ver, vermədin

 
Artıq qərarını ver, vermədin


Nəyi seçiriksə-seçək, fikrimiz həmişə seçmədiyimizin yanında qalır. Görünür, elə bu səbəbdəndir ki, insanlar həyatda tam xoşbəxt ola bilmirlər. Hər zaman düşüncələrimiz bizə xoşbəxtliyi tam hiss etməyə mane olur. Seçimi edən özümüz olsaq da, hər zaman düşüncələrimiz olmadıqlarımızın yanında qalır.

İnsan həyatı seçimlər üzərində qurulur. Özümüzü dərk edəndən sonra seçimlərimiz də başlayır. Təhsilimizi, işimizi, ailə quracağımız insanı, dostlarımızı özümüz seçirik. Dahilərdən biri deyir ki, "əgər iki insan arasında seçim etməkdə çətinlik çəkirsənsə, ikincini seç. Çünki birinci önəmli olsaydı, ikinci olmazdı..."

Psixoloq Ramil Bayramlı deyir ki, əslində həyat əvvəldən etibarən seçimlərdən ibarət olan bir qarışıqlıqdır. "İtaliyada İvano Kalvino adlı bir yazıçı olub. Onun hekayələrinin birində seçim qarşısında qalan oğlanın həyatından bəhs edilir. Konkret qərara gələ bilməyən bu insan hər zaman özünü nəyəsə görə narahat və gərgin hiss edir. Bir gün cavan oğlan sevməyə başlayır. Amma bir deyil, iki qadını birdən və həyatının da ən bərbad imtahanı ondan sonra başlayır. Seçim qarşısında qalan əsərin qəhrəmanının illəri seçim qarşısında keçir, beləliklə, özünü də, ətrafını da bədbəxt edir", - deyən həmsöhbətimizin sözlərinə görə, insanın qərarsızlığı, seçimsizliyi təkcə onu deyil, gözləmədə saxladığı hər şeyi məhv edir.

İnsanlar fərqində olmasalar da, bir-birinə görünməz iplərlə bağlıdırlar. Əslində yaşamaq hər addımda seçim etməyi, qərar verməyi tələb edir. Çox zaman həyatımıza seçdiklərimizdən çox, seçmədiklərimiz qərar verir. "Getmədiyimiz yol, dönmədiyimiz döngə, işarələmədiyimiz variant, əvvəldən rədd etdiyimiz imkanlar, geridə buraxdığımız alternativlər... Bizlər əslində nailiyyətlərimizin deyil, bacara bilmədiklərimizin əsiriyik. Zəfərlərimiz yox, məğlubiyyətlərimizdir bizi böyüdən, inkişaf etdirən, insan kimi insan edən".

Psixoloq bildirir ki, insan qərarsız olduğu, seçim qarşısında qaldığı zaman öz davranışlarını itirir. Ətrafdakı hər şeylə eyni davranmağa çalışdığı üçün həyat insan gözündə monotonlaşır. "Hər insanın fikrində daima bir düşüncə olur. "Başqasıyla evlənsəydim, görəsən, həyatım necə olardı?" Qadınlar özlərinin başqa ziddiyyətlərini də əlavə edərlər bu suala. Ev qadınıdırsa, fikirləşər ki, görəsən, gənc yaşda uşaq dünyaya gətirməyib işində irəliləsəydi, nə olardı? Yaxud, iş qadınıdırsa, fikirləşir ki, görəsən, karyerasında yüksəlmək yerinə, övlad sahibi olsaydı, necə olardı? Kişilər də bu fikrə öz "görəsən"lərini əlavə edirlər. Ən çox kişiləri narahat edən isə "kaş o sevginin arxasınca gedəydim" fikri olur".

Gənclikdə insan hər zaman cavan qalacağını düşünür. İnsanlar arasında seçim etmək, sənət, ixtisas seçimi gənc düşüncəsi ilə həyata keçdiyindən, gənclər bunun peşmançılığını orta yaşa çatanda başa düşürlər. "Onda seçmədiyi bütün imkanlarının yükünün ağırlığı insanın üzərinə çökür. Üstəlik, artıq nə həyatında ciddi bir dəyişiklik etməyə hazırdır, nə də sahib olduqlarının qiymətini bilir. Belədə insan sevdiklərinə, seçdiklərinə, bir növ haqsızlıq edir".

Psixoloqun sözlərinə görə, insanlar seçim qarşısında qalmamaq üçün hər zaman hisslərinə üstünlük verməlidir. Çünki zaman keçdikcə, ağıl daha da dərinləşir. Amma ürəyi ilə hərəkət edən insanlar nadir hallarda peşmançılıq hissi yaşayırlar. "Gənc yaşlarda ürəyinizin səsini dinləyin, sevirsinizsə, buraxmayın, istədiyiniz, xəyalında olduğunuz sənətin arxasınca gedin. Ürəyinizi dinləyin ki, yaşa dolduqda həyatınızda "kaş ki"lər olmasın. Peşmançılıq çox zaman məntiq duyğusundan irəli gəlir. Və bir də qərarlı olun. Qərar verin, seçim edin və seçmədiyinizi əsla düşünməyin. Hisslərinizlə, istəyinizlə qərar verdiyiniz heç bir şey üçün əsla peşman olmayacaqsınız. Seçdiyinizlə xoşbəxt olmağa çalışın".


Geri dön

ZuZuM__

  • 28 dekabr 2012 21:02
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
meqaleye gore sagolun

--------------------

seyide

  • 2 dekabr 2012 10:07
  • Məqalə: 1
  • Şərh: 310
  • Bal:
{awards}
meqaleye gore sagolun

--------------------
Usaq ken sabah neler oynayacayiq deye dusunerdik.indi ise heyat bize hansi oyunu oynayacaq deye dusunuruk.
Qopan bir ipe duyun atdiqimizda ipin en mohkem yeri o duyun olar amma ipe her toxunduqda caninin agridiqi yer mehz o duyundur..

solnuska

  • 2 dekabr 2012 01:22
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
COX SAQ OLUN.....................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Arzu_zadeh

  • 1 dekabr 2012 19:54
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
SERH YAZANLARA TWK

--------------------

SmiLe_LiFe

  • 1 dekabr 2012 16:02
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

ZuZuM__

  • 1 dekabr 2012 10:56
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
uyyn ne uzuunn meqale idi

--------------------

LoVe_HaTe

  • 30 noyabr 2012 22:38
  • Məqalə: 53
  • Şərh: 2238
  • Bal:
{awards}
TESEKKURLERRRRRRRRRR

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

GuNaY_83

  • 30 noyabr 2012 15:09
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

ღ★ Firuzə ★ღ

  • 30 noyabr 2012 14:46
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
"Gənc yaşlarda ürəyinizin səsini dinləyin, sevirsinizsə, buraxmayın, istədiyiniz, xəyalında olduğunuz sənətin arxasınca gedin. Ürəyinizi dinləyin ki, yaşa dolduqda həyatınızda "kaş ki"lər olmasın. Peşmançılıq çox zaman məntiq duyğusundan irəli gəlir. Və bir də qərarlı olun. Qərar verin, seçim edin və seçmədiyinizi əsla düşünməyin. Hisslərinizlə, istəyinizlə qərar verdiyiniz heç bir şey üçün əsla peşman olmayacaqsınız. Seçdiyinizlə xoşbəxt olmağa çalışın".

--------------------

..::MisS DioR::..

  • 30 noyabr 2012 12:49
  • Məqalə: 147
  • Şərh: 3792
  • Bal:
{awards}
tesekkurler...

--------------------

nuraska

  • 30 noyabr 2012 10:48
  • Məqalə: 0
  • Şərh: 1222
  • Bal:
{awards}
tesssekurlerrrr

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

Gun--ka

  • 30 noyabr 2012 00:10
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
İnsan həyatı seçimlər üzərində qurulur. Özümüzü dərk edəndən sonra seçimlərimiz də başlayır. Təhsilimizi, işimizi, ailə quracağımız insanı, dostlarımızı özümüz seçirik. Dahilərdən biri deyir ki, "əgər iki insan arasında seçim etməkdə çətinlik çəkirsənsə, ikincini seç. Çünki birinci önəmli olsaydı, ikinci olmazdı..."

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

MUSTI_93

  • 29 noyabr 2012 23:36
  • Məqalə: 0
  • Şərh: 159
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
HEYAT COX QISA...

derya96

  • 29 noyabr 2012 22:53
  • Məqalə: 0
  • Şərh: 140
  • Bal:
{awards}
xebere gore tesekkurler

julyen

  • 29 noyabr 2012 22:39
  • Məqalə: 0
  • Şərh: 305
  • Bal:
{awards}
ürəyi ilə hərəkət edən insanlar nadir hallarda peşmançılıq hissi yaşayırlar. --

--------------------
"Biraz insan ol deyəcəm, ama səni də çətin vəziyyətdə qoymaq istəmirəm."

Prank girl

  • 29 noyabr 2012 22:35
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
oxumaga axot yoxdu tsk

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

_Susqun_

  • 29 noyabr 2012 22:29
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
tessekkurler xebere gore..

--------------------

jasminka22

  • 29 noyabr 2012 22:18
  • Məqalə: 0
  • Şərh: 193
  • Bal:
{awards}
twwkkk emeye saygi))

--------------------
Hər gecə "üstünü açma üşüyəcəksən"
deməkdənsə, bir dəfə də “ürəyini açma
üzüləcəksən” desəydin ANA...♥

katara_paris

  • 29 noyabr 2012 21:34
  • Məqalə: 0
  • Şərh: 416
  • Bal:
{awards}
twklerrrrrrr

--------------------
Ş+S+G

so_sad

  • 29 noyabr 2012 20:48
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
teçekkürlerrrrrrrrrrr

love emo

  • 29 noyabr 2012 20:47
  • Məqalə: 30
  • Şərh: 2475
  • Bal:
{awards}
Yazilanlarin hamisi duzdu...

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

fatimeyinur

  • 29 noyabr 2012 20:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Xebere gore twk edirem...

GULCIN_ROSE

  • 29 noyabr 2012 20:44
  • Məqalə: 2
  • Şərh: 1006
  • Bal:
{awards}
coooooooooooooooooooox sagolun

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

ღ★Diamond★ღ

  • 29 noyabr 2012 20:44
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Hər insanın fikrində daima bir düşüncə olur.

unfaithful

  • 29 noyabr 2012 20:40
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
Çox sağol xəbər üçün winked

--------------------

ShoKKi_MoKKi

  • 29 noyabr 2012 20:40
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
xebere gore tesekkur..

--------------------

PSIXOPATKA

  • 29 noyabr 2012 20:35
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
TWK COX SAGOLUN

--------------------

ПриНц АзЕ

  • 29 noyabr 2012 20:32
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
xebere gore cox sagolun
winked

--------------------
█▓▒░۩۞۩ПриНц АзЕрБаЙдЖаНа۩۞۩█▓▒░

Gül Əliyeva

  • 29 noyabr 2012 20:31
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrrrrrrrr

solnuska

  • 29 noyabr 2012 20:31
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
ILK WERH MENDE COX SAQ OLUN XEBERE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 45

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}