Qadın xəyanətinin əsas səbəbləri

 
Qadın xəyanətinin əsas səbəbləri

Həm kişilər, həm də qadınlar xəyanət etməyə qadir varlıqlardır. Heç bir yerdə “kişiyə xəyanət etmək olar, qadına isə qadağandır” sözləri yazılmayıb. Nəzərə alsaq ki, onların hər ikisi insandır və daim xoşbəxtliyə can atırlar bu zaman xəyanətin də olması tam realdır. Düzdür, statistikaya əsasən kişilər 4 dəfə tez və çox xəyanət edirlər. Qadın xəyanəti isə bir qədər fərqlidir.

Qadın xəyanətinin əsas səbəbləri


1. Təbiət etibarılə qadın güclü, ehtiraslı və aktiv kişinin hakimiyyətində olmağa vərdiş alıb. Buna görə də müasir zamanın qadınları daim təşəbbüsü əlinə alan, güclü kişi arzulayır. Bu baxımdan əgər kişinin aktivliyi azalırsa qadında bir o qədər çatışmamazlıq yaranır və o, kənara qaçmağa başlayır. Arxa-dayağı başqa yerdə axtarır.

2. Təbiətən qadın öz övladına yaxşı ata axtarır. Uşağın real həyatda olub olmaması isə önəmli deyil. Qadın ilk növbədə anadır və onun düşüncələri də bu istiqamətdədir. Bəs “yaxşı ata” kimdir? Bu nəinki xeyirxah insandır, həmçinin mənən və fiziki güclü, maddi baxımdan təmin olunmuş insandır. Buna görə də qadınlar varlıların yanına qaçır. Tamahkarlıqdan yox, sadəcə təbiətən özünü beləsinə layiq görür. Bu da qadının instinktindən irəli gəlir və bu instinkt o qədər güclüdür ki, bütünlükdə qadınların dərrakəsinə təsir edir. Bu instinktin özünü büruzə verməməsi üçün kişilər onlardan tələb olunanları vaxtaşırı olaraq öz qadınına nümayiş etdirməlidir. Bu güc, ağıl, məsuliyyət, qayğı, təşəbbüs və məişət stabilliyidir.

Növbəti hissə isə kişilər üçün psixoloji məqamdır.

3. Uzun illər bir yerdə yaşadıqdan sonra kişilər öz qadınına qadın kimi yanaşmır, onların münasibıtlərində romantika olmur, münasibətlər daha çox məişəti xarakter daşımağa başlayır. Nəticədə qadın özünü qadınlıqdan çıxmış hesab edir. Axı qadının xoşagəlmə, arzu olunmaq, təəssürat oyatmaq kimi tələbatı var. Tədricən qadın özünü lazımsız, tənha hesab etməyə başlayır. Ağlında xəyanətlə bağlı fikirlər formalaşır. Daha yaxşı partnyor axtarışına çıxır. Bununla bərabər şüuraltı olaraq öz ərində mənfiliklər axtarıb tapır, köhnə söhbətlər yenidən gündəmə gəlir. Nəticədə həmin qadın ərinə qarşı mənfi emosional “bomba” hazırlamış olur, istənilən uyğun məqamda isə o, partlayacaq və xəyanət baş verəcək. Buna görə də kişilər unutmamalıdırlar ki, onların yanında nəinki qayğıkeş qadın, uşaqların anası, sözün əsl mənasında qadın var. Hərdən isə qadınlığını ona hiss etdirməlisiniz.

Kişilərlə qadınlarda psixoloji olaraq xəyanət anlamı bir qədər fərqlidir. Kişilərdə həyata keçirmə ideyası qadınlara nisbətən daha tez baş verir. Kişilər xəyanət haqda ilk narazılıqlardan sonra düşünməyə başlayırlar. Təbiətən onlar daha aktivdirlər, buna görə də qərar qəbulu və həyata keçməsi daha tez baş verir. Qadın isə xəyanət haqda çox götür-qoy edir, əzab çəkir və dəqiq səbəb tapır.

Təbii ki, yuxarıda yazılanlar heç də hamıya aid deyil. Lakin statistik göstəricilərə görə qadın xəyanətinin əksəriyyəti bu səbəblərdən baş verir. Bu biliklərdən istifadə edərək qadınlarınızdan diqqəti əsirgəməyin!


Geri dön

EZIZGUL

  • 18 dekabr 2010 15:35
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
TESEKKURLER!!!!

YazYamuru

  • 17 dekabr 2010 02:45
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sitat: Gecə Şehi
hee bezi kisiler xeyanete laiqdir ele ona gore de xeyanet gorurler

DUZDUR. smile

--------------------



Ulya

  • 16 dekabr 2010 23:11
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkur edirem

R_O_M_A

  • 16 dekabr 2010 22:39
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
xeyanet elemek yarasmaz

--------------------

Sergio Ramos

  • 16 dekabr 2010 22:08
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
təşəkkür mənə elə də maqraqlı olmadı

--------------------

Just For Legend

  • 16 dekabr 2010 22:07
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
hee bezi kisiler xeyanete laiqdir ele ona gore de xeyanet gorurler

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 716
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 38
Cəmi: 469
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}