Ürəyi düz, əli əyri: vərdiş, yoxsa psixi xəstəlik?

 
Ürəyi düz, əli əyri: vərdiş, yoxsa psixi xəstəlik?

Kleptomaniya cəmiyyətdə nadir rast gəlinən bir xəstəlikdir. İnsan ehtiyac duymadığı halda, dərhal istifadə etməyəcəyini bilərək, satmaq fikriylə əldə etmədiyini qavrayaraq bir sıra əşyalara əl uzadır. Bəlkə də, insanların o əşyaları almaq üçün kifayət qədər imkanları olur, amma onu gizli, hamıdan xəbərsiz əldə etmək daha cəzbedici görünür. Bu davranış əvvəlcədən düşünülməmiş və planlaşdırılmamış həyata keçirilir. İnsanlar bu istəyi reallaşdırmaq üçün başqalarından da kömək istəməzlər, çünki əsl niyyətləri oğurluq deyil.

Kleptomaniya psixoloji narahatlıqdır. Bu narahatlığın uşaq yaşlarından başladığı təyin edilib. İnsan qeyri-ixtiyarı bir əşyanı oğurlamamışdan əvvəl gərgin olur. Oğurluqdan sonra isə rahatlama, xoşbəxtlik hissləri üstələməyə başlayır. Dünyada hər 1000 adamdan 6-da rast gəlinən bu hal bilərək edilən oğurluqdan seçilmədiyi üçün kleptomanların dəqiq sayı da məlum deyil.

1 saylı Respublika Psixiatriya Xəstəxanasının həkim psixiatrı Orxan Fərəclinin sözlərinə görə, kleptomaniya patoloji oğurluq etmə hissi olub, obsessiv şəkildə insan beyninə daxil olan və daimi olaraq insana əzab, həyəcan verən düşüncə və davranışlardır. Kleptomaniyalı xəstələr ehtiyacları olmayan əşyaları oğurlayırlar:

"Şəxs əslində həmin əşyanı pulla satın ala biləcək maddi imkana sahib olur, amma bunu etmədən dayana bilmir. Əksər hallarda bu tip oğurluq hadisələri əvvəlcədən planlaşdırılmadan anidən insanın beyninə gəlir və həmin insan bunu ola biləcək bütün risklərə baxmayaraq edir. İnsanlar adətən bu hərəkətin əslində doğru olmadığını bilirlər".

Psixiatr bildirir ki, əksər kleptomaniyalı xəstələrdə paralel olaraq digər davranış pozuntuları, eləcə də həyəcan və depressiv əlamətlər də müşahidə edilə bilər. Kleptomaniya xəstəliyinin müalicəsi agir hallarda dərman terapiyası qalan bütün hallarda isə koqnitiv - davranış terapiyası vasitəsilə həyata keçirilir.

Kleptomaniya qadınlarda kişilərə nisbətən 4 qat daha artıq görülür. Cinslər arasında fərqin bu dərəcə çox olmasının bir səbəbi də kişilərin qadınlara nisbətən xəstəxanaya yerləşdirilməsi yerinə həbs olunmasıdır. Qadınlarda 30-35, kişilərdə 50-55 yaşlarında daha çox rast gəlinən bir haldır. Kleptomaniyanın öz-özünə sağalması çətindir. Eləcə də kleptoman bir insanın təyin olunması da olduqca çətindir. Məqsəd əşyanı istifadə etməkdirsə, bu, oğurluqdur. Əşyanı əldə edib bundan mənəvi rahatlıq tapmaqdırsa, bu artıq kleptomaniyadır.

Maraqlısı budur ki, kleptoman etdiyi hərəkətin səhv olduğunu qavrayır. Amma bu hərəkəti ən yaxınlarından belə gizləyir. Oğurluğun qarşısını ala bilmədiklərindən bu tip insanlar cəmiyyətlə münasibəti kəsir və mümkün qədər evdən kənara çıxmırlar.

Kleptoman xəstələr öz xoşları ilə müalicəyə gəlmədikləri üçün bu hal ömürlük problem olaraq qalır. Halbuki bu hal müalicə olunandır. Xəstənin vəziyyətindən şikayət etməsi və özünü günahkar hiss etməsi zamanı psixoterapiyalar olduqca faydalıdır. Müalicə almayan xəstələr gec və ya tez etdikləri əmələ görə həbs olunur. Bu halda isə onlara cəza verilməsi halları qaçılmazdır.

Vəkil Fariz Namazovun sözlərinə görə, cinayət hüququnda oğurluq özgə əmlakını gizli olaraq talamadır: "Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə oğurluq edənlər cəzalandırılır. Oğurluq əməli hər bir halda qəsdən törədilən əməldir, yəni oğurluq edən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bunları arzu edir".

Vəkil bildirir ki, insan əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görsə də, bunları arzu etmirsə və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. İctimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir:

"Kleptomanların xarakterik xüsusiyyətləri ondadır ki, onlar oğurluq edən zaman öz hərəkətlərinin qarşısını almaqda acizdirlər, çünki bu, bir növ vərdiş halını alır və əməlin cinayət olduğunu dərk etsələr də, qarşısını ala bilmirlər. Bu baxımdan kleptomanların oğurluq edərkən anlaqlı vəziyyətdə olub olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək lazımdır. Kleptomaniya xəstəliyi şəxsin anlaqlı olmasını istisna etmir və bu cür şəxslər yalnız oğurluq edərkən psixikası pozulmuş vəziyyətdə olur və oğurluq əməlinin qarşısını ala bilmir".

F.Namazov bu halda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmadığını, lakin cəza təyin olunarkən onun kleptoman olması nəzərə alındığını, ona tibbi xarakterli məcburiyyət tədbirləri tətbiq edildiyini, yəni məcburi müalicəyə göndərildiyini bildirir.


Geri dön

Arzu_zadeh

  • 4 dekabr 2012 23:56
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
xebere ucun twk

--------------------

seyide

  • 2 dekabr 2012 09:45
  • Məqalə: 1
  • Şərh: 310
  • Bal:
{awards}
oxudum twk .............

--------------------
Usaq ken sabah neler oynayacayiq deye dusunerdik.indi ise heyat bize hansi oyunu oynayacaq deye dusunuruk.
Qopan bir ipe duyun atdiqimizda ipin en mohkem yeri o duyun olar amma ipe her toxunduqda caninin agridiqi yer mehz o duyundur..

solnuska

  • 1 dekabr 2012 20:50
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
COX SAQ OLUN..................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Arzu_zadeh

  • 1 dekabr 2012 19:53
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
meqale ucun twk

--------------------

PSIXOPATKA

  • 1 dekabr 2012 12:09
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
cox sagolun

--------------------

::Jessica Alba::

  • 1 dekabr 2012 11:31
  • Məqalə: 13
  • Şərh: 1671
  • Bal:
{awards}
tewekkurleeeeeeeer

Arzu_zadeh

  • 1 dekabr 2012 10:40
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
xebere ucun twk

--------------------

ZuZuM__

  • 1 dekabr 2012 10:28
  • Məqalə: 431
  • Şərh: 6749
  • Bal:
{awards}
xestelikdi o bir cur adi da varee duwmedi indi yadima neyse

--------------------

unut onu

  • 1 dekabr 2012 09:43
  • Məqalə: 31
  • Şərh: 399
  • Bal:
{awards}
cox sag olun

--------------------
AWK VARMI ACABA?

Nuray2012

  • 1 dekabr 2012 00:15
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol melumata gore

--------------------

my angel__

  • 1 dekabr 2012 00:03
  • Məqalə: 291
  • Şərh: 10842
  • Bal:
{awards}
tewekkurler meqaleye gore

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

fatimeyinur

  • 30 noyabr 2012 22:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur

LoVe_HaTe

  • 30 noyabr 2012 21:53
  • Məqalə: 53
  • Şərh: 2238
  • Bal:
{awards}
TeŞeKkÜrLeR.....

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

ShoKKi_MoKKi

  • 30 noyabr 2012 21:38
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
tesekkurleerrr...

--------------------

ღ★ Firuzə ★ღ

  • 30 noyabr 2012 21:20
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
"Kleptomanların xarakterik xüsusiyyətləri ondadır ki, onlar oğurluq edən zaman öz hərəkətlərinin qarşısını almaqda acizdirlər,

--------------------

Dany

  • 30 noyabr 2012 20:22
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
{awards}
maraqli melumat idi

Gun--ka

  • 30 noyabr 2012 19:26
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
ALLAHım, doğulduğum gün əmanət etdiyin o tərtəmiz ürəyimi, eyni təmizlikdə sənə təqdim etməyi nəsib et!..

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

ღ★Diamond★ღ

  • 30 noyabr 2012 18:39
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
"Şəxs əslində həmin əşyanı pulla satın ala biləcək maddi imkana sahib olur, amma bunu etmədən dayana bilmir

_Susqun_

  • 30 noyabr 2012 18:17
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
tessekkurler...

--------------------

..::MisS DioR::..

  • 30 noyabr 2012 18:05
  • Məqalə: 147
  • Şərh: 3792
  • Bal:
{awards}
ureyim duzdu ama elim eyridi axaxax...

--------------------

Prank girl

  • 30 noyabr 2012 17:56
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
oxumadim tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

SmiLe_LiFe

  • 30 noyabr 2012 17:53
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

GuNaY_83

  • 30 noyabr 2012 17:48
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
Məlumat ücün cox sag ol....

--------------------

so_sad

  • 30 noyabr 2012 17:46
  • Məqalə: 1412
  • Şərh: 12509
  • Bal:
{awards}
teşekkürlerrrr

Gül Əliyeva

  • 30 noyabr 2012 17:46
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
cox saqollll

unfaithful

  • 30 noyabr 2012 17:45
  • Məqalə: 31
  • Şərh: 3486
  • Bal:
{awards}
Məlumat üçün çox sağol...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 65

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}