Tənbəlliyə necə qalib gələk?

 
Tənbəlliyə necə qalib gələk?

Tənbəllik insanların əksəriyyətinin xasiyyətinə çevrilmişdir. Bəzən insan bir iş görmək qərarına gəlir. Lakin bu işi görməyə onun nə həvəsi olur, nə də enerjisi çatır. Belə bir fikir var: tənbəllik deyilən şey yoxdur. Biz bu fikri belə analiz edə bilərik ki, insan bu işi sadəcə görmək istəmir və onun bu işi görmək üçün kifayət qədər motivasiyası yoxdur. Bu haqda hər nə qədər yazı oxusa, film izləsə, mühazirə dinləsə də onda təsir qoymur. Məncə, insan üçün bir iş zəruri sayılsa el arasında tənbəl kimi tanınsa belə onu yerinə yetirəcəkdir.

Misal üçün yemək, ayaqyoluna getmək, yatmaq və s. kimi. Ola bilər ki, insan bunları icra etməyə ərinsin, həvəsi olmasın. Amma zərurət onu bu işi həyata keçirməyə məcbur edəcək. Tənbəllik, həvəssizlik və s. bu kimi mənfi sifətlərin qarşısını almaq üçün bir çox məsləhətlər verilmişdir. Biz isə bu məsləhətləri həvəslə oxuyur, lakin əməl etməkdən boyun qaçırırıq. Mən tənbəlliklə mübarizə aparmaqda daha çox təsirli olan 3 əsas yol qeyd edəcəyəm. Kim bunlara əməl etsə, bir müddət sonra özündə müsbət təsirlərini görəcəkdir.

1. İşlərinizi günün ikinci yarısına saxlamayın! Səhər tez durmağa çalışın. Axşama doğru getdikcə, insanın enerjisi tükənir. Lakin sübh çağı insan iş icraatı üçün hazır vəziyyətdə olur. Məsələn, telefonunuzu borcu olduğuna görə bağlayıblar. Buna baxmayaraq siz neçə gündür tənbəllik edib, borcu ödəməyə qarşı həvəssizlik göstərirsiz. Səhər vaxtları borcu ödəmək üçün ideal vaxtdır. Nahardan sonra bədəninizin enerjisi azalmağa başlayacaq və tənbəllik sizi daha çox əhatəsinə alacaq. Günorta yeməyi yedikdən sonra yuxulayacaq, tərpənməyə, bir iş görməyə həvəsiniz olmayacaq. Ona görə də, nə etmək istəyirsizsə, yalnız səhər - günortaya qədər yerinə yetirin. İkinci dərəcəli işlərinizi günortadan sonraya da saxlaya bilərsiz.

2. Bəzən həyatda hədəfsiz yaşayırıq. Hey düşünürük ki, 40-50 yaşımızda filan işləri görərik və arzularımız həyata keçər. Adətən şikayət etməyə daha çox vaxt sərf edir, lakin o şikayətlərin həlli istiqamətində səy göstərmirik. Özümüzü həyatın axarına buraxırıq. Amma bu səhv yoldur. Sabah nə olacağı barədə bizi heç kəs sığortalamayıb. Gecə yatmamışdan əvvəl sabah görəcəyiniz işləri planlaşdırın. Bir neçə zəruri plan hazır edin. Səhər durduqda isə tərtib etdiyiniz planı yerinə yetirin. Kiçik şeyləri hədəf almayın. Kiçik hədəf seçməyiniz sizin nə qədər kiçik olmağınızdan xəbər verir. Əgər özünüz üçün qeyd etdiyiniz gündəlik planı icra etsəz, axşam özünüzü yaxşı hiss edəcək və özünüzə "Əhsən!" deyəcəksiz. Belə bir addım atmaq həftəlik, aylıq və illik planlar tərtib etmə mərhələsinə müqəddimədir.

3. Bunu unutmayın ki, qorxunun üzərinə getmək lazımdır. Nəticə bizi qorxutmamalı, hədəfdən sapdırmamalıdır. Alınmasa da, ürəyimiz xətircəm olacaq ki, boynumuzdakı vəzifəni icra etmişik. Böyük nəaliyyət qazanmış insanlara baxaq. Onlar müvəffəqiyyət qazanmaq üçün min-bir əziyyətə tab gətiriblər. Zəhmət çəkib, var güclərini ortaya qoyub, hədəflərinə sarı istiqamətləniblər. Biz isə istəyirik ki, zəhmət və əziyyət çəkmədən nəyəsə nail olaq. Axı, bu ədalətsizlikdir. Əlaçı olmağı arzulayan, lakin dərs oxumağı istəməyən tələbə əla qiymət ala bilərmi? Onun çaba sərf etmədən, dərs oxumadan, yatağında uzanmış halda "Bu nə həyatdır, mən əlaçı olmaq istədim, amma alınmadı" - deməsi nə qədər doğrudur?

Elə isə bu günün işini sabaha qoymayaq. Bu gündən başlayaq. Uğurlar.


Geri dön

DILEKLER

  • 4 dekabr 2012 23:49
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
Elə isə bu günün işini sabaha qoymayaq. Bu gündən başlayaq. Uğurlar.

..::MisS DioR::..

  • 2 dekabr 2012 12:18
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
melumata gore tesekkurler..

--------------------

seyide

  • 2 dekabr 2012 09:34
  • Məqalə: 1
  • Şərh: 324
  • Bal:
{awards}
melumat ucun twkler

--------------------
Usaq ken sabah neler oynayacayiq deye dusunerdik.indi ise heyat bize hansi oyunu oynayacaq deye dusunuruk.
Qopan bir ipe duyun atdiqimizda ipin en mohkem yeri o duyun olar amma ipe her toxunduqda caninin agridiqi yer mehz o duyundur..

DILEKLER

  • 2 dekabr 2012 02:11
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
melumat ucun twk

sebiwim

  • 2 dekabr 2012 02:00
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
ela idi tesekkurler emel ederem eger ede bilsem winked

--------------------
˙˙·٠•●Самая счастливая●•٠·˙

unfaithful

  • 1 dekabr 2012 22:00
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
yaxşı ki məktəb var yoxsa hər gün 1-də yuxudan oyananram o da güc bəla ilə))) wink

--------------------

fatimeyinur

  • 1 dekabr 2012 21:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Melumata gore tesekkurler

leyluwka_20

  • 1 dekabr 2012 20:51
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
)))eww oturmuwamda))))

--------------------

solnuska

  • 1 dekabr 2012 20:25
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TENBELLER OXUSUN BUYURUN.......

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

girl in love

  • 1 dekabr 2012 18:44
  • Məqalə: 0
  • Şərh: 490
  • Bal:
{awards}
cox sag olun meqaleye gore buna ehtiyacim vardi........

--------------------
bu gunki aglim olsaydi,dunen etdiklerimi etmezdim
amma dunen etdiklerimi etmeseydim,bu gunki aglim olmazdi...

LoVe_HaTe

  • 1 dekabr 2012 18:39
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkurler...................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

DILEKLER

  • 1 dekabr 2012 18:38
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
xeber ucun twk

love emo

  • 1 dekabr 2012 17:07
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
Men tenbelem uhiuhiiuuuu

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

Priya

  • 1 dekabr 2012 17:06
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Ay bacım çox sağ olun.Dediklərinizi etməyə çalışacağam.Allahın izniylə bunun da öhdəsindən gələrik inşaallah.Təkrar təşəkkürlər.

--------------------




MenimleSen

  • 1 dekabr 2012 16:59
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
uff yaa men tez dura bilmirem ne yaxsi inisitutum saat 3de bawlayir saat 1de qalxiram ere gedende nolacey anlmiyomm?!)

--------------------

_Susqun_

  • 1 dekabr 2012 16:13
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
Elə isə bu günün işini sabaha qoymayaq. Bu gündən başlayaq. Uğurlar.

--------------------

✰GoLd GirL✰

  • 1 dekabr 2012 16:01
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Hmm arada olur da tənbəllik,amma həmişə yox haa wink

classic_guiter_girl

  • 1 dekabr 2012 15:35
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
off bu tenbellik bitmez recourse

ღ★Diamond★ღ

  • 1 dekabr 2012 15:30
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
off bu tenbeliyy recourse

SmiLe_LiFe

  • 1 dekabr 2012 15:19
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

GuNaY_83

  • 1 dekabr 2012 14:38
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol...

--------------------

so_sad

  • 1 dekabr 2012 13:58
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
teşekkürlerrrrr

ZuZuM__

  • 1 dekabr 2012 13:58
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
Elə isə bu günün işini sabaha qoymayaq. Bu gündən başlayaq. Uğurlar.
men getdim iwime sag olun lol

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}