Qünutda hansı duaları oxumaq məsləhətdir?

 
Qünutda hansı duaları oxumaq məsləhətdir?

Namaz əməllərinin içində xüsusi yerlərdən birini qünut tutur. “Qünut” sözü ərəb dilindən tərcümədə tabeçilik, mütilik mənasını verir.

Qurani-kərimdə bir neçə ayədə bu kökdən olan sözlər işlənir ki, bunlarda həm mələklər, həm də mömin insanlar “qanit” (müti, itaətkar) adı altında təsvir edilirlər.


Islam şəriətində isə qünut – namaz zamanı qiyam halında, yəni ayaq üstə durmuş halda əlləri cütləyib sifətin bərabərində tutaraq dua etməyə deyilir. Özü də bu zaman ovucları səmaya doğru olmaqla üfüqi vəziyyətdə tutmaq, baş barmaqları çıxmaq şərtilə qalan barmaqları bir-birinə sıxmaq və ovucun içinə baxmaq müstəhəb sayılır.

Bəri başdan qeyd edək ki, şiə və sünni məzhəblərinin namaz hökmlərində qünutun yeri fərqlidir. Hənəfi və hənbəli məzhəblərində gündəlik namazlar zamanı qünut tutulmaz; yalnız hər hansı müsibət, bəla və ya təbii fəlakət üz verən günlərdə sübh namazı zamanı qünut tutmaq müstəhəbdir. Imam Əbu Hənifə bu fikirdə idi ki, Peyğəmbərin zamanında fərz namazlarında da bir müddət qünut tutulurdu, amma sonra bu hökm nəsx oldu (aradan qalxdı). Malikilər sübh namazında qünut tutmağı məndub (yəni bəyənilən) bilirlər. Şafii məzhəbində isə bu, sünnətdir. Şafiilər qünutu ikinci rükətin rükusundan qalxdıqdan sonra yerinə yetirirlər. Rəvayət edirlər ki, Imam Şafii Bağdada səfəri zamanı burada qıldığı sübh namazlarında qünut tutmazmış. Səbəbini soruşanlara belə cavab vermişdi ki, bu şəhərdə dəfn edilən Imam Əbu Hənifənin ruhuna hörmət əlaməti olaraq bunu edir; çünki Əbu Hənifənin məzhəbində sübh namazı qünutsuz qılınır.

Cəfəri məzhəbinə görə, bütün gündəlik namazların ikinci rükətində, qiraətdən (yəni Fatihə və qısa surənin oxunuşundan) sonra, rükudan əvvəl qünut tutmaq müstəhəbdir. Bəzi müctəhidlər (məsələn, mərhum Ayətullahül-üzma Behcət) ehtiyata görə gündəlik vacib namazlarda qünutu tərk etməməyə hökm vermişlər.

Qünutda istənilən duanı oxumaq olar. Özü də qünut duası namaz sözlərinin içində yeganə sözlərdir ki, ərəb dilində deyilməsi vacib deyil. Hər kəs öz dilində də qünut duası oxuya bilər. Əlbəttə, Islam müqəddəslərindən rəvayət edilmiş məşhur duaları qünutda söyləmək daha yaxşı olar. Amma bunu bacarmayanlar və ya Allahdan xüsusi istəyi olanlar öz istəklərinə uyğun şəkildə dua edə bilərlər.

Qünutda aşağıdakı duanı oxumaq müstəhəbdir: “La ilahə illəlahül-həlimül-kərim. La ilahə illəllahül-əliyyül-əzim. Sübhan Allahi rəbbis-səmavatis-səb’i və rəbbil-ərzinəs-səb’i və ma fihinnə və ma beynəhünnə və rəbbil-ərşil-əzim. Əlhəmdü lillahi rəbbil-aləmin”.

Tərcüməsi: “Həlim və kəramətli Allahdan savayı məbud yoxdur. Uca və əzəmətli Allahdan savayı məbud yoxdur. Yeddi səmanın və yeddi yerin, onların içində və arasında olan hər şeyin rəbbi, əzəmətli ərşin rəbbi müqəddəsdir. Aləmlərin rəbbi olan Allaha həmd olsun”.

Həmçinin, qünutda Quranın aşağıdakı ayəsini də oxumaq Peyğəmbərin sünnəsidir: “Rəbbəna atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar”.

Tərcüməsi: “Ey Rəbbimiz, bizə bu dünyada həsənə (savab və ya nemət) ver, bizə axirətdə də həsənə ver və bizi cəhənnəm alovundan qoru
(Bəqərə, 201).

Mərhum Ayətullahül-üzma Seyyid Şihabəddin Mərəşi Nəcəfi öz oğluna ünvanladığı vəsiyyətnamədə buyururdu ki, qünut zamanı bu duanı oxumağı tərk etməsin: “Allahümmə inni əs’əlükə bihəqqi Fatiməti və əbiha və bə’liha və bəniha. Vəs-sirril-müstəvdəi fiha. Ən tüsəlli əla Mühəmmədin və Ali Mühəmməd. Və ən təf’ələ bi ma əntə əhləhü və la təf’əl bi ma əna əhləh”. Tərcüməsi: “Allahım, Fatimənin, onun atasının, ərinin və öğullarının, onda əmanət qoyulmuş sirrin haqqına Səndən istəyirəm ki, Mühəmmədə və Ali-Mühəmmədə öz salam və salavatını əta edəsən. Mənimlə Sənin özünə layiq şəkildə rəftar et, mənim layiq olduğum şəkildə rəftar etmə” (Yəni Sən mərhəmətlisən, mənə rəhm et. Mən isə günahkaram, məni cəzalandırma).

Əlbəttə, bu dua Ayətullah Nəcəfi Mərəşidən də əvvəl məşhur idi və oxunurdu. Ayətullah Nəcəfi Mərəşi vəsiyyətnamədə qeyd edir ki, bu duanı atasından və müəllimi Şeyx Mühəmməd Hüseyn Şirazidən, onlar məşhur alim Seyyid Mürtəza Kəşmiridən, o da öz sənəd silsiləsi ilə ünlü şiə alimi Seyyid ibn Tavusdan rəvayət edir. Bəzilərin dediklərinə görə, mərhum Ayətullah Nəcəfi Mərəşi bir neçə dəfə Imam Mehdi (ə) ilə görüşmüşdü. Onun tələbəsi Ayətullah Seyyid Adil Ələvinin sözlərinə əsasən, Ayətullah Nəcəfi Mərəşinin Imamla görüşlərinin birində o həzrət bu duanı namazların qünutunda oxumağı ona tövsiyə edibmiş
(Mühəmməd Fazil Məsudi. Əl-Əsrarül-Fatimiyyə, səh. 25).

Bu duadakı “Fatimədə əmanət qoyulmuş sirr” kəlməsinin hansı mənanı ifadə etdiyi barədə alimlər fərqli fikirlər söyləmişlər. Ən geniş yayılmış nəzəriyyəyə görə, burada Həzrət Fatimənin (ə) nəslindən olan, zühur vaxtına kimi gizli və sirrli halda (qeyb halında) yaşayan on ikinci imam Həzrət Mehdiyə (ə) işarə edilir.


Geri dön

SmiLe_LiFe

  • 9 dekabr 2012 17:17
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

GuNaY_83

  • 2 dekabr 2012 16:57
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

unfaithful

  • 1 dekabr 2012 22:08
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

leyluwka_20

  • 1 dekabr 2012 21:27
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

AGLAYAN MELEK

  • 1 dekabr 2012 20:57
  • Məqalə: 0
  • Şərh: 252
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

solnuska

  • 1 dekabr 2012 20:33
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

LoVe_HaTe

  • 1 dekabr 2012 19:10
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkurler...................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

ღ★Diamond★ღ

  • 1 dekabr 2012 15:37
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Qurani-kərimdə bir neçə ayədə bu kökdən olan sözlər işlənir ki, bunlarda həm mələklər, həm də mömin insanlar “qanit” (müti, itaətkar) adı altında təsvir edilirlər

SmiLe_LiFe

  • 1 dekabr 2012 15:29
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

✰GoLd GirL✰

  • 1 dekabr 2012 15:09
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razı olsun........

mehemmed gulu

  • 1 dekabr 2012 14:18
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
cumle alemden

so_sad

  • 1 dekabr 2012 13:50
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN no

Namaz ashiqi

  • 1 dekabr 2012 13:38
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
ALLAH razi olsun

_Susqun_

  • 1 dekabr 2012 13:08
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
Allah razi olsun..

--------------------

Z_ehra

  • 1 dekabr 2012 12:51
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
ALLAH cumle alemden razi olsun

Dany

  • 1 dekabr 2012 12:38
  • Məqalə: 0
  • Şərh: 76
  • Bal:
{awards}
ALLAH razi olsun

TAYNA VOSTOKA

  • 1 dekabr 2012 12:24
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
“Rəbbəna atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar”.

--------------------

..::MisS DioR::..

  • 1 dekabr 2012 12:09
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
cox saq olun......

--------------------

GuNaY_83

  • 1 dekabr 2012 12:01
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

fatimeyinur

  • 1 dekabr 2012 11:58
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Həmçinin, qünutda Quranın aşağıdakı ayəsini də oxumaq Peyğəmbərin sünnəsidir: “Rəbbəna atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar”.

Tərcüməsi: “Ey Rəbbimiz, bizə bu dünyada həsənə (savab və ya nemət) ver, bizə axirətdə də həsənə ver və bizi cəhənnəm alovundan qoru”
(Bəqərə, 201)....


cox gozel meqale idi...Allah sizden razi olsun...tesekkur edirem. cox sag olun...

PSIXOPATKA

  • 1 dekabr 2012 11:32
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN NAMAZ QILANLARIN NAMAZIN DUASIN QEBUL ETSIN

--------------------

::Jessica Alba::

  • 1 dekabr 2012 11:11
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
Allah razi olsun

Prank girl

  • 1 dekabr 2012 10:41
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

DILEKLER

  • 1 dekabr 2012 10:28
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

classic_guiter_girl

  • 1 dekabr 2012 10:25
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Allah razi olsun

ZuZuM__

  • 1 dekabr 2012 10:15
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
teshekkurler mende namazi bilmirdim teze kitab almisham oyrenim namaz qilacamm

--------------------

seyide

  • 1 dekabr 2012 09:55
  • Məqalə: 1
  • Şərh: 324
  • Bal:
{awards}
twkler ALLAH haminizdan razi olsun

--------------------
Usaq ken sabah neler oynayacayiq deye dusunerdik.indi ise heyat bize hansi oyunu oynayacaq deye dusunuruk.
Qopan bir ipe duyun atdiqimizda ipin en mohkem yeri o duyun olar amma ipe her toxunduqda caninin agridiqi yer mehz o duyundur..

nuraska

  • 1 dekabr 2012 09:53
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
Allah razi olsun sizlerden

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}