Qəzəbdən buraxılan səhvlər(test)

 
Qəzəbdən buraxılan səhvlər(test)

Qəzəbdən buraxılan səhvlər

«Hə» cavabına 2 xal, «Bəzən, arada olur» cavabına 1 xal, «Yox» cavabına 0 xal yazın.

1.Dəqiq insansan?

2.Özünü maraqlı sima sayırsan?

3.Sözü üzə deyənsən?

4.Səni özündən çıxarmaq asandır?

5.Şəxsi həyatından razısan?

6. Hövsələsizsən?

7. Qorxaqsan?

8. Çoxlarına həsəd aparırsan?

9. Özünə nə isə almaqda çox tərəddüd edirsən?

10.Qısqancsan?

11.İşdə vaxt azlığından şikayət edirsən?

12. Hər xırda məsələ səni qıcıqlandırır?

13.Komplekslisən?

14.Dostlarına etibar edirsən?

15.Düşünürsən ki, işdə səni heç kim əvəz edə bilməz?

16. Hər xırda şeyə sevinə bilirsən?

17.Müdirin yanında özünü gərgin hiss edirsən?

18.Gün ərzində 5-dən çox siqaret çəkirsən?

19.Pis hadisələri tez unudursan?

20.Ailə üzvlərinlə və kolleqalarınla tez-tez mübahisə edirsən?

21.Səhərlər özünü gərgin və əsəbi hiss edirsən?

22.Günə 3 fincandan artıq kofe içirsən?

23.Yuxu pozğunluğundan əziyyət çəkirsən?

24.Hava dəyişkənliyinə reaksiya verirsən?

25.Çəkin normasından artıqdır?

26.Nəbzin normal halda dəqiqədə 80 dəfə vurur?

27.İdmanla məşğul olursan?

28.Gözlərinin altında qara kölgələr var?

29.Səs-küydən qaçırsan?

30.Başın tez-tez ağrıyır?

31.Mədə-bağırsaq sistemin səni narahat etmir ki?

32.əsəbdən ovuclarınn içi tərləyir?

33.Ürəyində ağrılar hiss edirsən?

34.Yeməklərində yumurta, kərə yağı və digər yağlardan çox istifadə edirsən?

35.Şirniyyatı sevirsən?

36.İşə tezdən getməyə məcbursan?


Nəticə:

əgər topladığın xal 1-dən 6-ya qədərdirsə, sənin əsəblərin dəmir kimidir. Səni heç nə özündən çıxara bilməz. ən faciəvi hadisə belə sənə təsir etmir. Səhv buraxmağı sevmirsən. Ona görə də işlərin yolunda gedir.

əgər xal 7-dən 13-ə qədərdirsə, əsəblərin gərgindir. Amma hələ normasını aşmayıb. Hələ ki, gec deyil, özünü ələ al və yaxşıca götür-qoy et. Çünki əsəbləşəndə gözünə heç nə görünmür. Bu belə davam etsə, əsəblərin tarıma çəkilər və buraxdığın səhvlərin hesabını ödəyə bilməzsən.

Topladığın xallar 14-dən 21-ə qədərdirsə, demək, ən xırda xoşagəlməz hadisə səni narahat edə bilər. Özünü ələ ala bilməmək sənə çox vaxt problem yaradır. Əgər əsəblərinə hakim ola bilmirsənsə, insanlarla öz aranda məsafə saxla. Hər söhbətə qarışma və mübahisələrdə öz rəyini bildirməkdən çəkin. Daimi başağrıları və tərləmə əsəb gərginliyindən irəli gəlir.

22 xaldan 31 xala kimi toplamısansa, sənin psixoloqa ehtiyacın var. Hirsli olduğun vaxt təmiz havada gəzməyə çıx. Min ölç, bir biç və daha sonra sənə qaranlıq olan məsələyə aydınlıq gətir. Unutma ki, hirslənəndə göz, hirs keçəndən sonra isə üz qızarır! Çay və ya kofe əvəzinə, valerian və ya sakitləşdirici çaylar iç.

31 xaldan çox toplamısan? Buna faciə də demək olar. Sənin qəlbini qırıb, ağlatmaq o qədər asandır ki... Dünyadan küsüb, hər şeydən imtina etmək sənin üçün heç nədir. Dostlarınla aranda yaranan mübahisə işinə də təsir edir. Sən mütləq həyat tərzini dəyişməlisən. İnsanlarla daha çox ünsiyyətdə olmalı və ən əsası psixoterapevtin qəbuluna yazılmalısan. Yoxsa buraxdığın səhvlər həyatını alt-üst edəcək.


Geri dön

L_SimuS

  • 3 yanvar 2011 03:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
tewekkur eziyyete gore

Just For Legend

  • 11 dekabr 2010 17:10
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli melumata go re minnettaram

--------------------

Grace_Angel

  • 10 dekabr 2010 22:48
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler maraqli test ucun...topladigim xal 31-xaldan cox oldu...47-xal topladim...:)

--------------------

Azeri_Gozeli

  • 10 dekabr 2010 22:31
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
1.Dəqiq insansan?yox heyvanam))lool adamamdaa

2.Özünü maraqlı sima sayırsan?he maraqliyamda

3.Sözü üzə deyənsən?beli

4.Səni özündən çıxarmaq asandır?benee

5.Şəxsi həyatından razısan?yoox

6. Hövsələsizsən?yoox

7. Qorxaqsan? beleda baxir neyden

8. Çoxlarına həsəd aparırsan?anlamadim

9. Özünə nə isə almaqda çox tərəddüd edirsən?hee

10.Qısqancsan?beneee


11.İşdə vaxt azlığından şikayət edirsən?yoox
12. Hər xırda məsələ səni qıcıqlandırır?arada
13.Komplekslisən?hee
14.Dostlarına etibar edirsən?yoox



15.Düşünürsən ki, işdə səni heç kim əvəz edə bilməz?etenmeez

16. Hər xırda şeyə sevinə bilirsən?hee

17.Müdirin yanında özünü gərgin hiss edirsən?hee))) wink



18.Gün ərzində 5-dən çox siqaret çəkirsən?

--------------------

Joker

  • 10 dekabr 2010 22:26
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
maraqlıdır...

CandyGirl

  • 10 dekabr 2010 22:02
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
eleyecem thanks

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}