
Ana bu dünyadakı müqəddəs varlıqdır!Hər kəsin anası özünə əziz olduğu kimi mənim anam da mənim üçün hamıdan əziz,önəmli və hər şeydən dəyərlidir.Necə deyərlər Anam bir yana,dünya bir yana.Onun tək bir sözünə,istəyinə görə hər şeyimi qurban verərəm,hətda xoşbəxtliyimi belə.çünki mənim xoşbəxtliyim anamın qızı olaraq dünyaya göz açmağımdır.Onun gülüşünü,sevincini görmək mənim üçün bütün xoşbəxtliklərə əvəzdi.Üzündəki təbəssümünün solmaması üçün əlimdən gələn və gəlməyən hər şeyi bacardığım qədərilə etməyə çalışıram.Allahıma min dəfə şükürlər olsun ki,mənim anamı sevindirməyim üçün Yaradan mənə həyatda zamanla hər şeyi bəxş eliyir...

Hər gün səhər anamın yanağıma qondurduğu isti öpüşü ilə oyanmaq və gözlərimi açıb mənə baxıb gülümsəyərək “Dur qızım,saat 8-di” deməsi mənim üçün qiyməti ölçülməyən dəyərli hədiyyə kimidir...Hər axşam işdən qayıdışını gözləmək və içəri daxil olan kimi günlərdir görməmiş kimi qucaqlayıb,öpməyimin onun necə sevindirdiyini bilmək ən gözəl hislərdən biridir..

Anam mənim həyatımın mənasıdır.Onsuz bir həyat düşünə,təsəvvür edə bilmirəm.Heç vaxt anamdan ayrı qala bilmərəm.(amma istisna zamanların gələcəyini də bilirəm)...Özümü bilib,dərk eliyəndən Allahdan yeganə dəyişməz bir arzum,diləyim,istəyim var ki,Anamın yoxluğunu mənə göstərməsin,yanımda olmasa da onun bu dünyada olub nəfəs aldığını,varlığını daim mənə hiss elətdirsin.Ondan əvvəl mənim canımı alsın.Anamın yoxluğuna dözə bilmərəm.Demirəm“özümü öldürərəm,intihar eliyərəm”!(çünki bunu bağışlanmaz günah olduğunu bilirəm.)Amma yaşamağımın heç bir mənası olmaz.Gecə-gündüz Allaha yalvararam ki,mənim də canımı alsın.Anam olmasa qəfəsdəki quşdan fərqim olmaz...İndidən bunları fikirləşmək belə məni dəhşətə gətitrir.Hələ bunları təsəvvür edəndə elə bil bir anlıq nəfəsim kəsilir,gözlərim dolur...

Mənim anama duyduğum sevgi bu dünyadakı bütün sevgilərdən üstün,diləgəlməz,sözlərə,cümlələrə,kitablara sığmayacaq,heç bir ölşüyə gəlməyəcək qədər bitməz-tükənməzdir...

Mən anamı sevirəm bilirsizmi nə qədər?!Yaşamaq üçün vacib olan bir nəfəs qədər,dünya işığına həsrət qalmış bir insanın görməyi ,ayaqlarını itirmiş birinin yeriməyi,dilsiz lal bir insanın danışmağı, qulaqdan qüsurlu bir insanın qarşısındakının söylədiyi sözləri eşitmək istədiyi qədər,kasıbın pulu arzuladığı qədər,ölüm ayağındakı bir insanın yaşamaq və qazandığı günahlarını savabları ilə üstələməsi üçün bir şans dilədiyi qədər çox istəyirəm...