Ölü İlə danişmaq mümkündür

 
Ölü İlə danişmaq mümkündür

Ölülərin eşitməsi haqqında Qurandan və Hədisdən Dəlil

Quran Saleh (ə) Peyğəmbərin sözlərini ölülərə xatırladır.Bu nitq onun dövləti dağılandan sonra söylənilib.

(əl-Əraf 7:77) Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər.
(əl-Əraf 7:78) Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
(əl-Əraf 7:79) (Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”

Lütfən bunu qeyd edin ki, Qurandakı bu ayələrə əsasən, Allah Salehin (ə) qövmünü məhv etdikdən sonra Saleh (ə) həmin qövmə müraciət edir. Buradan aydın olur ki, ölülərin ruhları eşidə bilir, belə olmayan halda Salehin (ə) öz xalqına müraciətinin mənası nə ola bilər? Yoxsa sələfilər Salehin Faydasız iş gördüyünü və Müşrik olduğunu düşünürlər (İbn Abdul Vahhabın sözlərinə görə, əgər bir nəfər ölülərin eşitməsini düşünürsə, bu o deməkdir ki, o şəxs müşrikdir)? Bəs nə üçün Allah bu faydasız və siyasi işi Quranda xatırlatmışdır?

İkincisi, sələfilər Salehin (ə) nitqinin hər bir şəxsə və ya öz dövlətindəki hər bir ölüyə çatdırılması üçün Uca Səslə danışan Natiqlərdən istifadə etdiyini düşünürlər? Xeyr, o uca səslə danışan natiqlərdən istifadə etməmişdir, çünki Müqəddəs Quran onun xalqının hər bir nümayəndəsinin bu nitqi eşitməsinə şahidlik edir.

Bu açıq-aydın göstərir ki, yaxınlıqdan və ya uzaqdan gələn çağırışların ölülər üçün heç bir fərqi yoxdur. Onların eşitmə imkanları canlıların (dirilərin) eşitmə imkanlarından fərqlidir və onlar bir-biri ilə müqayisə oluna bilməz. Əgər bir şəxs müqayisə edirsə o, əlbəttə ki, səhvə yol vermiş olur.

Allah bu imkanların nə olduğunu bizə bildirməyib, lakin Quran ölülərin yaxın və ya uzaq olmasından asılı olmayaraq bizi eşitməsinə şahidlik edir. Buna inanmaq üçün bu bizə kifayətdir.

Üçüncüsü, nə üçün sələfilər Salehin (ə) öz ölmüş xalqına “Ey Qövmüm” deməsini normal qəbul edirlər, amma bizim “Ya Rəsulallah” deməizi şirk hesab edirlər?

Şuayb Peyğəmbərin ölülərlə danışması

Qurandan ayələr:

(əl-Əraf 7:91) Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
(əl-Əraf 7:92) Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.
(əl-Əraf 7:93) (Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”

İbn Ömər tərəfindən söylənilmişdir:
“Allahın Elçisi (s) quyuda basdırılmış insanlarla danışaraq demişdir: “İndi Rəbbinizin sizə verdiyi vədinin doğru olduğunu gördünüzmü?”. Sonra kimsə ucadan dedi: “Sən ölülərəmi səslənirsən!”. Peyğəmbər cavab verdi: “Onlar sizdən daha yaxşı eşidir, lakin onlar cavab verə bilmirlər.
Səhih, Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 452

Əbu Təlha tərəfindən söylənilmişdir:
“Bədr günündə Peyğəmbər (s) əmr verdi ki, Qüreyşlilərin 24 başçısının cəsədləri Bədrin çirkli dərin quyularından birinə atılsın. O quyunun kənarında dayanan zaman Allahsız Qüreyş cəsədlərinin adları və atalarının adları ilə onlara müraciət etdi: “Ey filankəsin oğlu filankəs! Allaha və onun elçisinə boyun əysəydin razı qalardın. Rəbbimizin bizə verdiyi vədin doğru olduğunu bildik. Sən də Allahın sənə verdiyi vədin doğru oduğunu anladınmı?” Ömər dedi: “Ey Allahın elçisisi! Sən ruhu olmayan cəsədlərlə danışırsan!” Allahın elçisisi dedi: “Allaha and olsun ki, onlar sizdən daha yaxşı eşidir.” (Qatada dedi: “Allah onları yenidən diriltdi ki, onlar peyğəmbəri və onun töhmətlərini eşitsinlər, peyğəmbərin qisası alınsın və onları məcbur etdi ki, özlərini tam peşman olmuş və kədərlənmiş hiss etsinlər.”)
Səhih Buxari, 5-ci cild, 59-cu kitab, hədis № 314

Və Ənəs b. Malik dedi ki:
Allahın elçisi (saas) Bədrdə döyüşmüş kafirlərin cəsədlərini üç gün basdırılmamış halda qoydu. Sonra o onların yanına gələrək orada əyləşdi və onları çağıraraq dedi: Ey Əbu Cəhl b. Hişam, Ey Üməyyə b. Xələf, Ey Utba b. Rab`ilə, Ey Şaibə b. Rəbiyə Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anlamadınızmı? Mənə gəlincə isə, mənim Rəbbimin vədlərinin tamamilə doğru olmasını bilirəm. Ömər Allah elçisinin (saas) sözlərini dinlədi və dedi: Ey Allahın elçisi, onlar səni necə eşidib cavab verə bilər? Onlar ölüblər və onların cəsədləri çürüyüb. Bundan sonra, o (müqəddəs peyğəmbər) dedi: Allaha and olsun ki, mənim dediklərimi onlar sizdən daha aydın eşidirlər, lakin onların cavab vermək qüdrəti yoxdur. Sonra o göstəriş verdi ki, onlar Bədr quyusunda dəfn olunsun.
Səhih Muslim, 040-cı kitab, hədis № 6869

İbn Şihab tərəfindən söylənilmişdir:
Bunlar Allah elçisinin vuruşduğu döyüşlərdir və Bədr döyüşünü xatırlayarkən o dedi: Kafirlərin cəsədləri quyuya atılarkən Allahın elçisi onlara dedi: “Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anladınızmı?” Abdullah dedi: “Peyğəmbərin dostlarından bəziləri dedi: “ Ey Allahın elçisi! Sən ölmüş insanlara müraciət edirsən? Allahın elçisi cavab verdi: Mənim dediklərimi onlar sizdən daha yaxşı eşidirlər.”


Geri dön

SmiLe_LiFe

  • 9 dekabr 2012 17:11
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

hezret hesreti

  • 3 dekabr 2012 23:52
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
smile girl,
Senden deyil. Zarafat eledim bacim. Sadece, demek isteyirem ki, meqsed sherh yazmaq deyil, bir melumat oyrenmekdir. Men ne qeder istesem, sherh yaza bilerem, amma... Bu melumatlardan hech olmasa bir cumlesini oxuyum, bilim sohbet neden gedir. Bu melumatlarin hamisi bize lazim olacaq. Chalishaq ki, sherh yazmaga yox, daha chox melumati oxumaga meyl edek.
Bu cur gozel ve lazimli melumat uchun de derin minnetdarligimi bildirirem. Allah (c.c) razi olsun!

solnuska

  • 3 dekabr 2012 19:46
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK XEBERE GORE................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

SmiLe_LiFe

  • 3 dekabr 2012 16:14
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

DILEKLER

  • 3 dekabr 2012 11:08
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

LoVe_HaTe

  • 2 dekabr 2012 23:18
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tsk.......................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

ramil abdullayev

  • 2 dekabr 2012 22:58
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
twk melumativiz ucun ALLAH razi olsun

ShoKKi_MoKKi

  • 2 dekabr 2012 21:42
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN...

--------------------

ღ★ Firuzə ★ღ

  • 2 dekabr 2012 20:32
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Allah razi olsun..hemweki kimi cox maraqli meqale idi bacim

--------------------

fatimeyinur

  • 2 dekabr 2012 20:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

ღ★Diamond★ღ

  • 2 dekabr 2012 19:15
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
(Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz

solnuska

  • 2 dekabr 2012 19:06
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALAH RAZI OLSUN............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Banned1

  • 2 dekabr 2012 18:50
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
allah razi olsun

..::MisS DioR::..

  • 2 dekabr 2012 18:50
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
cox saq olun.....

--------------------

::Jessica Alba::

  • 2 dekabr 2012 17:56
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
Allah razi olsun !!!

GuNaY_83

  • 2 dekabr 2012 17:37
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

so_sad

  • 2 dekabr 2012 17:33
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
ilk şerh menden tongue

unfaithful

  • 2 dekabr 2012 17:32
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Hmm,maraqlıdır
ALLAH razı olsun!!!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}