Azərbaycanın ən gözəl guşələri (3)

 
Azərbaycanın ən gözəl guşələri (3)

İmişli rayonu haqqında

İmişli rayonu 1930-cu ilin аvqust аyındа mərkəzi Qаrаdоnlu kəndi olmaqla təşkil olunmuş və ilk olaraq Qаrаdоnlu rayonu adlandırılmışdır. Bölgədə ilk məktəb 1906-cı ildə Qaradonlu kəndində ibtidai məktəb kimi fəaliyyətə başlamışdır.
Qаrаdоnlu rayonunun adı 08 avqust 1938-ci ildə dəyişdirilərək İmişli rаyоnu аdlаndırılmış, mərkəz isə indiki İmişli şəhərinin yerində olan İmişli kəndinə köçürülmüşdür.
İmişli sözün tarixi haqqında dəqiq məlumat olmasa da, onun adının qədimdə həmin ərazidə yaşamış “İmaşlı” tayfasının adından götürülərək sonradan İmişli kimi formalaşması versiyası məlum olmuşdur. Rayon mərkəzi olduqdan sonra İmişli böyümüş və 1983-cü ildə rayon tabeli şəhər statusu almışdır.
Rayon Kür-Аrаz оvаlığı, Mil düzünün şimalı və Muğаn düzündə yerləşməklə qərbdə İran dövləti ilə həmsərhəddir. Sahəsi 1890 kv.km olmaqla inzibаti mərkəzi İmişli şəhəridir. Relyefi düzənlikdən ibarət olmaqla ərazinin səthi şimalı-şərqə və şərqə doğru meyillidir. Ərazinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Ərazidə neft-qaz və qum-çınqıl kimi təbii faydalı qazıntılar vardır.
Yayı quraq keçən, mülayim isti yarımsəhra və quru çöl iqlimi vardır. İllik yağıntı 300 mm, orta temperatur yanvarda 1,60, iyulda 35,10 təşkil edir. Əsasən çəmən qismən boz və çəmən boz torpaqları yayılmışdır. Əsas bitki örtüyü yarımsəhra tiplidir (yovşan, qışotu, yulğun, saksaul və s.) Xarakterik heyvanat aləmi - canavar, çöldonuzu, çaqqal, tülkü, porsuq, boz dovşan, kirpi, oxatan kirpi, müxtəlif qum siçanları və s. eləcə də quşlardan - turac, bildirçin, qu, qızılqaz, sultantoyuğu, bəzgək, qaz, ördək, qaşqaldaq, qarabatdaq, sığırçın və digər quşlar ərazidə məskunlaşmışlar. Rayonun ərazisindəki göllərdə müxtəlif növlü qiymətli balıqlar - qızılbalıq, ağ balığın bəzi növləri, xəşəm, ziyad, şaymayı, karp və digər növ balıqlar vardır.

Rayon əhalisi 113500 nəfərdir ki, onun da 99,84 faiz azərbaycanlılardan, 0,11 faiz ruslardan, 0,02 faiz ləzgilərdən, 0,02 faiz ukrayınlılardan ibarətdir. Əhalinin orta sıxlığı hər 1 kv.km görə 60,1 nəfərdir. Rаyоn 1 şəhər, 1 qəsəbə və 48 kənd olmaqla 50 yaşayış məntəqəsindən ibarətdir. Rayonda 57 orta, 4 əsas, 2 ibtidai məktəb olmaqla cəmi 63 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar, 15 məktəbəqədər və 102 mədəniyyət müəssisəsi fəaliyyət göstərir.
Rayonun ərazisində bir sıra qədim tarixi abidələr movcuddur. Bunlardan Bəcirəvan və Qaravəlli kəndlərinə yaxın Sarısu gölünün cənubunda yerləşən küp qəbirləri dövrünə aid olan “Qaratəpə”ni, “Böyük şəhərgah” və “Kiçik şəhərgah”ı göstərmək olar. Bundan başqa bəzi təpə və yer adları günümüzədək gəlib çatmışdır. Onlardan ilk tunc dövrünə aid edilən Muxurtəpə, Qızıltəpə, Abıştəpə və ilk orta əsrlərə aid edilən Qızılkənd, Qaradonlu, Aranlı kimi təpə və yerlər vardır.
Rayonda olan müəssisələr ətraf rayonlarla və paytaxtla müntəzəm iqtisadi əlaqədə fəaliyyət göstərir. Bundan başqa rayonda istehsal olunan bəzi məhsullar, xüsusilə şəkərtozu ölkədən xaricə ixrac olunur. Rayonda 22 sənaye və 128 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərir.

Rayonun ümumi torpaq fondu cəmi 189026 ha, o cümlədən dövlət mülkiyyətində 115843 ha, bələdiyyə mülkiyyətində 33503 ha, xüsusi mülkiyyətdə isə 39680 ha torpaq sahələri vardır.

Kənd təsərrüfatına yararlı torpaq sahəsi 121998 ha təşkil edir. Rayonda pambıq, taxıl, kartof, bostan və tərəvəz, yonca, qarğıdalı, meyvə və giləmeyvə, şəkər çuğunduru, ət, süd, yun, yumurta, toyuq əti kimi məhsullar istehsal edilir.
Rayonda sənaye və kənd təsərrüfatı müəssisələrindən Azərbaycan Şəkər İstehsalat Birliyinin İmişli Şəkər zavodu, Muradxanlı İsiləşdirilmiş Neft Mədəni, “Araz” konservləşdirilmiş şirələr və konyak zavodu, Azərbaycan Şəkər İstehsalat Birliyinin Spirt, Bitki yağları, Qarışıq yem zavodu, Bəhrəmtəpə dəmir beton zavodu, İmişli Brоyler quşçuluq ASC, «Leqno İmişli» MMC, «Оriоn-E» MMC, Bəhrəmtəpə «Çınqıl» ATSC, Bəhrəmtəpə «Qum» MMC, “Kür” konserv zavodu, “Xeyriyyə” ASC-ni göstərmək olar ki, onlara uyğun olaraq xam neft, şəkər tozu, müxtəlif şirələr, konyak və digər məhsullar istehsal olunur.
Rayonda 25 təmir və tikinti işləri ilə məşğul olan təşkilatlar vardır. Bu təşkilatlardan Muğan Su tikinti törəmə müəssisəsini, İmişli təmir tikinti idarəsini, müasir İmişli MKT MMC-ni göstərmək olar.

Rayon ərazisində çox saylı xidmət təşkilatları fəaliyyət göstərir.
Rayon ərazisində nəqliyyat müəssisələrindən İmişli və Vətəqə dəmir yolu stansiyaları, İmişli Lokomotiv deposu, İmişli avtonəqliyyat müəssisəsi fəaliyyət göstərir.
Rabitə sahəsində İmişli Telekommunikasiya Qovşağı, İmişli Poçtamtı, İmişli 7 saylı Rabitə və İşarəvermə Distansiyası kimi müəssisələr fəaliyyət göstərir.
Rayon üzrə 10 xəstəxana, 1 poliklinika, 32 feldşer-mama məntəqəsi, 98 həkim-ambulatoriyası əhaliyə tibbi xidmət göstərir. Rayonda H.Əliyev adına 8500 yerlik şəhər stadionu istifadəyə verilmiş, Olimpiya İdman Kompleksi isə hazırda inşa edilməkdədir. İmişli rayonu haqqında Xanhsüeyn Bəylərovun “Mənim İmişlim” (Bakı 1994, 68 səh), Mieələkbər Gövhərlinin “İmişli və İmişlilər” (Bakı 2004, 185 səh), Nazim Tapdıqoğlunun “İmişli rayonu və onun toponimiyası” (Bakı 2004, 250 səh) kitabları nəşr olunmuşdur.

Aranlı kəndi

Aranlı kəndi Araz çayının sağ sahilində, Muğan düzündə, rayon mərkəzindən 38 kilometr cənubda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Kəndin 3860 nəfərlik əhalisi tamamilə azərbaycanlıdır. Taxılçılıq, pambıqçılıq, heyvandarlıq əhalinin əsas məşğuliyyəti sayılır. Kənddə 1 mədəniyyət evi, 2 kənd orta məktəbi, 1 uşaq bağçası, 1 xəstəxana fəaliyyət göstərir. Kəndin ərazisində Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərinin şərəfinə abidə qoyulmuşdur. Aranlı yaşayış məntəqəsini XIX əsrin axırlarında Ukraynanın Poltava vilayətindən köçürülmüş ailələr yaşamışlar. Kənd əvvəllər Poltavskoye, Poltavski adlanmış, SSRİ dövründə Poltavka adlanan bu yaşayış məntəqəsi Azərbaycanın müstəqilliyi dövründə Aranlı adlandırılmışdır.
Tarixdən məlumdur ki, Aran sözü qədim Türk və Azərbaycan dilində “isti, düzən yer”, “qışlaq yeri” mənasındadır və qədimdə türk mənşəli aran tayfası olmuşdur.
Türk mənşəli qədim aran tayfaları Azərbaycan xalqının atnogenezində mühüm rol oynamışdır. XII əsrdə Albaniyada, Aranort, Mets-Aran, Daş Aran, XIX əsrdə Gürcüstanda Aranisi, XVIII-XIX əsrlərdə Qərbi Azərbaycanın İrəvan əyalətindəki vaxtıilə azəri türkləri yaşamış Aran, Eranis, Eranos oykonimləri də öz adlarında Aran tayfalarının adını əks etdirir.

Ağaməmmədli kəndi

Ağaməmmədli kəndi Mil düzündə, rayon mərkəzindən 14 kilometr şimal qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin əhalisi 1127 nəfər olmaqla tamamilə azərbaycanlılardan ibarətdir. Heyvandarlıq, taxılçılıq və pambıqçılıq kənd əhalisinin məşğul olduqları əsas kənd təsərrüfatı sahələrindəndir. Kənddə 1 məscid, 1 klub, 1 kitabxana, 1 orta məktəb, 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Ağaməmmədli aykonimi Ağaməmməd (Ağaməhəmməd) şəxs adı və -li mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Aykonim bu nəslin adını özündə əks etdirir. Toponim “Ağaməmmədin nəslindən olanlar” “Ağaməmmədgillər” mənasını bildirir.
Ərazidə memarlıq və tarixi sənət abidələri yoxdur. Kənd haqqında hər hansı kitab nəşr olunmamışdır.

Ağamalılar kəndi

Ağamalılar kəndi Kür çayının sağ sahilində, Mil düzündə Şərbət gölünün kənarında rayon mərkəzindən 54 km məsafədə yerləşir. Bəzi sənəd və materiallarda Ağamallar kimi də qeyd olunmuşdur. Hazırda kənddə yaşayan 560 nəfər əhalinin hamısı azərbaycanlıdır. Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq və pambıqçılıqla məşğul olur. Kənddə 1 klub, 1 kitabxana, 1 orta məktəb, 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
Ağamalılar yaşayış məntəqəsinin adı XIX əsrin ortalarına qədər maldarlıqla məşğul olmuş təklə tayfasına mənsub olan ağamalılar tirəsinin adı ilə əlaqədardır. Ağamalılar toponimi “Ağamalı nəslindən olanlar, ağamalılar” mənasındadır.
Kənddə hər hansı sənaye və kənd təsərrüfatı müəssisəsi yoxdur. Kəndin ərazisində “Qala yeri” deyilən yerdə tarixi abidə mövcud olduğu güman edilir.
Kənd barədə hər hansı kitab nəşr olunmayıb.

Ağcüyür kəndi

Ağcüyür kəndi Bəcirəvan kənd inzibati ərazi dairəsində, Araz çayının sol sahilində Mil düzündə, rayon mərkəzindən 14 km məsafədə yerləşir. Kəndin əhalisi 387 nəfər olmaqla tamamilə azərbaycanlılardan ibarətdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşğul olur. Kənddə 1 orta məktəb, 1 klub, 1 kitabxana və 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bir çox tədqiqatçılar Ağcüyür aykonimini ağ və cüyür komponentlərinə ayırmışlar. Lakin fərqli fikirlər də mövcuddur. Aydındır ki, cüyür (əlik) – marallar fəsiləsindən cütdırnaqlı, gövşəyən, yaraşıqlı və yüngül bir heyvandır.
Kənd ərazisində sənaye və kənd təsərrüfatı müəssisəsi yoxdur.
Memarlıq və tarixi sənət abidələri yoxdur.
Kənd haqqında heç bir kitab nəşr olunmamışdır.

Allahmədətli kəndi

Allahmədətli kəndi rayon mərkəzindən 40 kilometr şimalda, Kür çayının sağ sahilində, Sarısu gölü yaxınlığında, Mil düzündə yerləşir. Əhalisinin sayı 375 nəfərdir. Heyvandarlıq, pambıqçılıq, taxılçılıq, əhalinin məşğul olduğu əsas kənd təsərrüfatı sahələridir. Kənddə 1 əsas məktəb, 1 kitabxana, 1 klub, 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
Allahmədətli toponimi allahmədətli tirəsinin adı ilə əlaqədardır. Allahmədətli tirəsi şahsevənlərin muğanlı qoluna daxildir. Kəndin vaxtı ilə Qərbi Azərbaycan ərazisində, yaylaq yeri olmuşdur. Keçmişdə əsasən yayı Kəlbəcər dağlarında, qışı isə hazırki bu yaşayış məntəqəsinin yerində keçirilən allahmədədlilər XIX əsrin axırlarında qışlaq yerində birdəfəlik məskunlaşaraq, indiki Allahmədətli yaşayış məntəqəsini yaratmışlar. Bununla əlaqədar olaraq kənd belə adlanmışdır.
Kənddə memarlıq və tarixi sənət abidələri yoxdur.
Kənd haqqında heç bir kitab nəşr olunmamışdır.

Boşçalılar kəndi

Boşçalılar kəndi Araz çayının sol sahilində Mil düzündə, rayon mərkəzindən 21 km cənub-qərbdə yerləşir. Kəndin əhalisi 1690 nəfər olmaqla tamamilə azərbaycanlılardan ibarətdir. Kənd camaatı əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Kənddə 1 klub, 1 orta məktəb, 1 uşaq bağçası, 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir.
Kəndin adını adətən Boşçallar şəklində də qeyd edirlər. Əslində isə yaşayış məntəqəsinin adı Boşçalılar olmalıdır. Boşçalı toponimini Borçalı sözü ilə də əlaqələndirənlər var. Boşçalı toponimi özündə təklə tayfasının boşçalı tirəsinin adını əks etdirir. Oğuz türk tayfa ittifaqına daxil olan Təklələr əvvəllər Türkiyə ərazisində yaşamış, 1540-cı ildə isə tayfa başçısı Qazı xanın rəhbərliyi ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul edərək Mahmudabad ərazisində (indiki Salyan rayonu) məskunlaşmışlar. Onlar sonra Şahsevənlərin tərkibinə daxil olmuşlar. Ağsu, Kürdəmir, Masallı, Cəlilabad və Şamaxı rayonlarında təkləlilərlə bağlı kəndlər mövcuddur. Don Juan İranlı adı ilə tanınmış Oruc bəy Bayat öz əsərlərində qızılbaş tayfaları içərisində boşçalı (bozçalı) tayfasının da adını çəkmişdir. Kənddə memarlıq və tarixi sənət abidələri qeydə alınmamışdır. Kənd haqqında heç bir kitab nəşr olunmamışdır.

Bəcirəvan kəndi

Bəcirəvan kəndi rayon mərkəzindən 12 kilometr şimal-şərqdə, Araz çayının sol sahilindən 2 km aralıda, Mil düzündə yerləşir. Kəndin əhalisi 2308 nəfər olmaqla tamamilə azərbaycanlılardan ibarətdir. Heyvandarlıq, taxılçılıq və pambıqçılıq əhalinin məşğul olduğu əsas kənd təsərrüfatı sahələri hesab olunur və əkinçiliklə məşğul olur. Kənddə 1 mədəniyyət evi, 1 klub, 1 orta məktəb, 1 feldşer-mama məntəqəsi, Qaratəpə tarixi abidəsi, 1 uşaq bağçası, ticarət və s. xidmət obyektləri fəaliyyət göstərir.
IX-XIV əsr mənbələrində Cənubi Azərbaycan ərazisində, Muğan düzündə Bacrəvan adlı şəhərin adı qeyd olunmuşdur. Bacrəvan Muğanın mərkəzi şəhəri idi. Bacrəvan adı cənubdan şimala əhalinin miqrasiyası ilə əlaqədar gətirilmişdir.
Bəcirəvan toponiminin mənası hələlik bir qədər mübahisəlidir. Bir neçə ərəb mənbəsində (o cümlədən, X əsr mənbəsində) Beşbarmaq dağı zonasında Bəcirəvan adlı kənd haqqında məlumat var. Həmdullah Qəzvini (XIV əsr) Muğan ərazisində Bəcirəvan çayı olduğunu göstərir. Bəzi mənbələrdə adı çəkilən Baqanrot (qədim İran dillərində baqa -“allah”, rot -“çay” deməkdir). Bolqarçayla (bəzi mənbələrə görə Bəcirəvan) eyniləşdirilir. Bir fikirə görə, farsdilli Baqravan adının ərəb dilindən tələffüz forması olmaqla baqa (müqəddəs) və rəvan (axın) sözlərindən ibarətdir və “müqəddəs su, axın mənasındadır”
Ərəb coğrafiyaşünası, filoloqu, tarixçisi Yaqut İbn Abdullah ər-Rumi əl-Həməvi 1213 və 1220-ci illərdə Azərbaycanda olarkən bir sıra şəhərlərin və yaşayış məntəqələrinin adı içərisində Bəcrəvan (Bəcirəvan) haqqında da yazmışdır.

Bəhrəmtəpə qəsəbəsi

Bəhrəmtəpə qəsəbəsi Araz çayının sol sahilində, İran dövlətilə sərhəddə rayon mərkəzindən 19 km cənub-qərbdə, Mil düzündə yerləşir. Qəsəbə əhalisi 4363 nəfərdir ki, onun da tam əksəriyyəti azərbaycanlılardan, az qismi isə Talış və ruslardan ibarətdir. Heyvandarlıq, taxılçılıq, pambıqçılıq və bostançılıq əhalinin məşğul olduğu əsas kənd təsərrüfatı sahələridir. Qəsəbədə 1 mədəniyyət evi, 2 kitabxana, 1 orta, 1 əsas məktəb, 1 xəstəxana, 1 feldşer-mama məntəqəsi, 1 klub, 1 uşaq bağçası, avtomat telefon stansiyası, dəmir-beton zavodları, qum-çınqıl karxanaları, ticarət, məişət, iaşə və s. xidmət obyektləri, su elektrik stansiyası və s. vardır.

Qəsəbənin yaxınlığında Bəhrəmtəpə Su Qovşağı hidrotexniki kompleksi də yaradılmışdır. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq əsasən Ağdam, Füzuli və Cəbrayıl rayonlarından didərgin düşmüş 4 min nəfər köşkün soydaşlarımız qəsəbənin şimal hissəsində məskunlaşmışlar. Qəsəbənin keçmiş adı Ağaxanlı olub. Az bir müddətdə o, Hacıbabalı nəslinin adı ilə adlandırılmışdır.
1931-ci ildən yaşayış məntəqəsi Nərimanabad, sonralar isə Bəhrəmtəpə adlanmışdır. Qəsəbə ərazisində əvvəllər “Yarışlar” adlı kənd olmuş, 1930-cu illərin əvvəllərində kəndin adı dəyişdirilərək “1 May” tarixi gün şərəfinə “Bir may” adlandırılmışdır. 1992-ci ildə qəsəbənin əvvəlki adı Bəhrəmtəpə adı yenidən bərpa edilmişdir.
Bəhrəmtəpə qəsəbəsi yaxınlığnda yerləşən Bəhrəmtəpə yüksəkliyinin adı ilə əlaqədar olaraq belə ad almışdır. Bəhrəmtəpə adı antroponimik oronimlərdəndir. V əsrdə Sasani hökmdarı, şah Yezdəgirdin oğlu Bəhrəmin (Vərəxran) dahi şairimiz Nizami Gəncəvi “Yeddi gözəl” poemasında prototipini yaratmışdır.
Bəhram sözü “Avesta”da və qədim farslarda “qələbə Allahı” mənasında işlənir. Bəhrəm şəxs adı ilə bağlı Azərbaycanda çoxlu sayda oykonim, oronim qeydə alınıb. Tarixi sənədə görə XVIII əsrdə İrəvan əyalətinin Zarzəmin nayihəsində Bəhrəma qışlağı adlanan kənd də mövcud olmuşdur.
Qəsəbədə memarlıq və tarixi sənət abidələri yoxdur.
Qəsəbə haqqında heç bir kitab nəşr olunmamışdır.


Geri dön

DILEKLER

  • 9 dekabr 2012 11:02
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
insallah gederik

Bitanesiyim

  • 9 dekabr 2012 10:40
  • Məqalə: 5
  • Şərh: 233
  • Bal:
{awards}
Tewekkurler xebere gore.....

solnuska

  • 3 dekabr 2012 19:39
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQ OLUN.....................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

DILEKLER

  • 3 dekabr 2012 11:04
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
cox sagolun

LoVe_HaTe

  • 2 dekabr 2012 23:12
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tsk.......................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

VIPTOZ

  • 2 dekabr 2012 21:30
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
he maraqli guselerimizden biridi tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

ShoKKi_MoKKi

  • 2 dekabr 2012 21:17
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
melumat ucun ...cox sagolun...

--------------------

ღ★ Firuzə ★ღ

  • 2 dekabr 2012 20:09
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
xebere gore tewekkurr...heqiqetende cox gozel yerdi....

--------------------

fatimeyinur

  • 2 dekabr 2012 19:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem meqaleye gore...

damla 505

  • 2 dekabr 2012 19:19
  • Məqalə: 5
  • Şərh: 1544
  • Bal:
{awards}
xebere gore twkkkk smile

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

ღ★Diamond★ღ

  • 2 dekabr 2012 19:10
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
twkrrr meqale ucun

solnuska

  • 2 dekabr 2012 18:58
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk xeber gore.............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

nuray88

  • 2 dekabr 2012 18:48
  • Məqalə: 0
  • Şərh: 305
  • Bal:
{awards}
tskkkkkkkkkkk

..:LuNaTiK:..

  • 2 dekabr 2012 18:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkurler, olmamiwam hec orda.

..::MisS DioR::..

  • 2 dekabr 2012 18:42
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
saqol sedow

--------------------

1ce_2miz_3un

  • 2 dekabr 2012 18:14
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
menim bibim qizi burda qalir twk

Banned1

  • 2 dekabr 2012 18:12
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
cox saqollll

so_sad

  • 2 dekabr 2012 17:53
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
teşekkürlerrrr

SHARIM:)

  • 2 dekabr 2012 17:50
  • Məqalə: 2
  • Şərh: 369
  • Bal:
{awards}
hec olmamiwam insALLAH bir gun getmek qismet olar

::Jessica Alba::

  • 2 dekabr 2012 17:45
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeeeeeeeeer Inwallah torpaqlarimiz geri qaytarilsa o gozel torpaqlar haqqinda meqale derc olunacaq

Dj aka

  • 2 dekabr 2012 17:39
  • Məqalə: 37
  • Şərh: 1063
  • Bal:
{awards}
smile Beraber hazirlayiriq bunlari?

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

unfaithful

  • 2 dekabr 2012 17:38
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
hmm,çox sağ ol...

--------------------

GuNaY_83

  • 2 dekabr 2012 17:35
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Cox sag ol...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}