Bura elə bir məmləkətdir ki

 
Bura elə bir məmləkətdir ki


Bura elə bir məmləkətdir ki,...burada insanlar həm atəşpərəstliyi tərənnüm edən «Novruz»,həm xristianlığı tərənnüm edən «Yeni il»,həm də islamı tərənnüm edən «Ramazan» bayramlarını eyni təmtəraqla qeyd edirlər.

Bura elə bir məmləkətdir ki,...burada yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verən sürücüləri cəzalandırmaq üçün onları cinayət əməli törətməyə məcbur edirlər.Çünki bu məmləkətdə rüşvət vermək də,almaq da cinayət əməli hesab olunur.

Bura elə bir məmləkətdir ki,...burada qəbiristan «mollalarının» əksəriyyəti «Yasin» oxuya bilmir.
Bura elə bir məmləkətdir ki,...burada Tibb Universitetində oxuyan tələbə neyrocərrahiyyə dərsindən «3» alsın deyə müəllimə pul təklif edir.Bu məmləkətdə universitetlərə oxumaq üçün deyil,diplom almaq üçün gedən tələbələr var.Oğlan tələbələrin bir hissəsini isə heç diplom da maraqlandırmır.Onlar universitetlərə əsgərlikdən yayınmaq üçün gedirlər.Başqa ölkələrdə müəllimə yaxşı təhsil almaq üçün pul verirlər.Burada isə təhsil almamaq üçün rüşvət verirlər.

Bura elə bir məmləkətdir ki,...burada öz istəyi ilə işdən çıxan məmurları bir əlin barmaqları ilə də saymaq mümkündür.

Bura elə bir məmləkətdir ki,...burada qadın sərnişinlər avtobusun araxa oturacağında oturmurlar.Arxa oturacaqda oturan kişilər öz yerlərini qadınlara heç vaxt təklif etməzlər.Avtobusun ön sıralarında tanış olmasalar belə,kişilərlə qadınlar çox rahatlıqla yan-yana otura bilirlər.Amma qadınla kişi bir-birini tanımırlarsa,arxa sırada heç vaxt yan-yana oturmazlar.Bu məmləkətdə avtobusun arxa oturacağında oturan qadınlara da birtəhər baxırlar.

Bura elə bir məmləkətdir ki,...burada insanlar Ramazan və Məhərrəm aylarında toy etməyi,ailə qurmağı «haram» hesab edirlər.Bu məmləkətdə bir çox insan var ki,içki içmək üçün səbirsizliklə Ramazan və Məhərrəm aylarının başa çatmasını gözləyir.Burada insanlar içki içə-içə Allaha dua edirlər.Allahdan can sağlığı istəmək içki məclislərinin vazkeçilməz ünsürlərindən biri hesab olunur.
Bura elə bir məmləkətdir ki,...burada insanlar telefonlarının sayını mobil operatorların sayına mütənasib olaraq artırırlar.Ölkədə yeni mobil operator fəaliyyətə başlayan kimi,insanlar dərhal yeni sim-kart və telefon alırlar.İnsanların böyük əksəriyyəti eyni zamanda iki,bəzəndə üç mobil operatorun xidmətindən istifadə edirlər.

Bura elə bir məmləkətdir ki,...burada insanlar tarixi qəhrəmanları kitablardan deyil,filimlərdən öyrənirlər.İnsanların əksəriyyəti qılınc qəhrəmanları haqqında çox şey bilirlər.Amma «Sıyrılmış qılınc»-ın nə olduğunu bilmirlər.

Bura elə bir məmləkətdir ki,...burada Nəsimiyə kafir deyənlərin əksəriyyəti heç onun adını belə bilmirlər.

Bura elə bir məmləkətdir ki,...burada dinindən,dilindən,irqindən,əməlindən asılı olmayaraq bütün insanlara öldükləri zaman «rəhmətə getdi» deyirlər.

Bura elə bir məmləkətdir ki,...burada insanların əksəriyyəti kolbasanı haram hesab edib onu yemirlər.Amma həmin insanlar gözlərini belə qırpmadan pirat disklərdəki filimləri rahatlıqla izləyə bilirlər.

Bura elə bir məmləkətdir ki,... burada haram anlayışı ancaq mədə ilə məhdudlaşır..

Bura....Bura....Bura elə bir məmləkətdir ki,...
Dünyada bu cür məmləkətlər çoxdur.Yəni yuxarıda sadaladığım faktların altında «Made in...» markası yapışdırmaq lazım olarsa,onda nöqtələrin yerinə özünüz uyğun bildiyiniz ölkənin adını yazın.


Geri dön

so_sad

  • 4 dekabr 2012 16:36
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
Bura elə bir məmləkətdir ki,...burada insanlar həm atəşpərəstliyi tərənnüm edən «Novruz»,həm xristianlığı tərənnüm edən «Yeni il»,həm də islamı tərənnüm edən «Ramazan» bayramlarını eyni təmtəraqla qeyd edirlər.

leyluwka_20

  • 3 dekabr 2012 21:44
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
tewekkurler...

--------------------

fatimeyinur

  • 3 dekabr 2012 21:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur

solnuska

  • 3 dekabr 2012 19:06
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Bura elə bir məmləkətdir ki,...burada insanlar tarixi qəhrəmanları kitablardan deyil,filimlərdən öyrənirlər.İnsanların əksəriyyəti qılınc qəhrəmanları haqqında çox şey bilirlər.Amma «Sıyrılmış qılınc»-ın nə olduğunu bilmirlər.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Kamran.E

  • 3 dekabr 2012 18:30
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
Bura....Bura....Bura elə bir məmləkətdir ki,...
Dünyada bu cür məmləkətlər çoxdur.Yəni yuxarıda sadaladığım faktların altında «Made in...» markası yapışdırmaq lazım olarsa,onda nöqtələrin yerinə özünüz uyğun bildiyiniz ölkənin adını yazın.

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

GuNaY_83

  • 3 dekabr 2012 17:55
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Bura elə bir məmləkətdir ki,...burada insanlar tarixi qəhrəmanları kitablardan deyil,filimlərdən öyrənirlər.İnsanların əksəriyyəti qılınc qəhrəmanları haqqında çox şey bilirlər.Amma «Sıyrılmış qılınc»-ın nə olduğunu bilmirlər.

--------------------

ღ★Diamond★ღ

  • 3 dekabr 2012 17:46
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bura elə bir məmləkətdir ki,...burada öz istəyi ilə işdən çıxan məmurları bir əlin barmaqları ilə də saymaq mümkündür.

Prank girl

  • 3 dekabr 2012 17:13
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

..:LuNaTiK:..

  • 3 dekabr 2012 15:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Bezilerini oxudum, maraglidirlar. Tewekkurler...

..::MisS DioR::..

  • 3 dekabr 2012 15:21
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler canim...

--------------------

ShoKKi_MoKKi

  • 3 dekabr 2012 15:19
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
maraqli idi tesekkur...

--------------------

SmiLe_LiFe

  • 3 dekabr 2012 15:16
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Dj aka

  • 3 dekabr 2012 15:01
  • Məqalə: 37
  • Şərh: 1063
  • Bal:
{awards}
enigmatic_girl,

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

katara_paris

  • 3 dekabr 2012 14:42
  • Məqalə: 0
  • Şərh: 440
  • Bal:
{awards}
cox sagol dosim elaaaaadi....

--------------------
Ş+S+G

ღ★ Firuzə ★ღ

  • 3 dekabr 2012 14:41
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Bura....Bura....Bura elə bir məmləkətdir ki,...

Dünyada bu cür məmləkətlər çoxdur.Yəni yuxarıda sadaladığım faktların altında «Made in...» markası yapışdırmaq lazım olarsa,onda nöqtələrin yerinə özünüz uyğun bildiyiniz ölkənin adını yazın

--------------------

...BARSA FANATI....

  • 3 dekabr 2012 14:38
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol...

nuraska

  • 3 dekabr 2012 13:55
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
hmmmmmm ehhhh dunya sen gozelsen heyatda yasamaga deyer amma insanlar bunu zibil etmesede

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

enigmatic_girl

  • 3 dekabr 2012 13:55
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Dogrudur.... Ora ele buradir

--------------------

R.M Fanatı...

  • 3 dekabr 2012 13:46
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
maraqlidir......

--------------------

GlamouR_

  • 3 dekabr 2012 13:33
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}

Bura elə bir məmləkətdir ki,...burada insanlar tarixi qəhrəmanları kitablardan deyil,filimlərdən öyrənirlər.İnsanların əksəriyyəti qılınc qəhrəmanları haqqında çox şey bilirlər.Amma «Sıyrılmış qılınc»-ın nə olduğunu bilmirlər.
Tesekkurler (;


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}