Qaraqan: "Bir çox gənclər kimi, deputat olmaq üçün yaşamıram"

 
Qaraqan: "Bir çox gənclər kimi, deputat olmaq üçün yaşamıram"

Gənc yazar, Milli Kitab Mükafatının qalibi və münsifi Qaraqan Publika.Az-a müsahibə verib.

-Milli Kitab Mükafatına münsif olmaq öz istəyinizlə oldu, yoxsa Nigar Köçərlinin xahişini qəbul etdiniz?
-Münsiflər MKM təşkilatçıları tərəfindən seçilir. Mən də belə bir təklif aldım. Amma, demək olmaz ki, “xahişi qəbul etdim”. Bu xəbər mənim özüm üçün də xoş idi.

-Amma sizin münsif olmağınız ətrafında söz-söhbətlər yarandı. Bir çox insanlar dedi ki, siz bu münsifliyə layiq deyilsiz. Reaksiyanız necə oldu buna?
-Bilirsiniz, mən, ümumiyyətlə, söz-söhbətlərdən uzaq adamam. Qorxduğuma, ya da çəkindiyimə görə yox, sadəcə “söz-söhbət” mənə bir məhfum olaraq maraqlı, estetik və cəlbedici gəlmir. Ona görə demək olar ki, reaksiyam yoxdur. Bununla belə bəyənən və bəyənməyən hər kəsə hörmətlə yanaşıram.

-Müsabiqəyə xeyli yazı göndərilib, təbii ki, bunların içində yaxşı yazılar olacaq, amma, istedadsız mətnlərin olacağı da az deyil. Bir münsif kimi hamısını oxumağa məcbursunuz. Heç tanımadığınız insanların yazılarını oxumaq sizə nə dərəcədə maraqlıdır?
-Orada xüsusi bir sistem var, münsiflər bir dəfəyə 200 roman oxumur. Hissə-hissə və az sayda gəlir. Təbii ki, istedadsız yazılar da olacaq, amma, istənilən halda hər biri bir insanın dünyasıdır.

-Siz Azərbaycanda nadir yazarlardansınız ki, kitablarınızın hətta piratı da çıxır. Buna qarşı nə kimi mübarizə tədbirləri aparırsınız? Bu kimi hallar həmin kitabın orijinal versiyasının satışına mane olurmu?
-Bəli, satışa az da olsa, təsir edir. Bununla bağlı müvafiq orqanlara müraciət olunub və qanunsuz satışlar dayandırılacaq.

-Sanki ayrı bir muxtariyyətsiniz, inzivaya çəkilmisiniz. Yazarlardan uzaq gəzirsiniz. Bu yazmaq üçün münbit şərait istəyidir, yoxsa yazarlardan özünüzə uyğun kimisə görmürsünüz?
-Əslində sadəcə özümə qapalı insanam. Bu təkcə ədəbiyyat mühiti ilə bağlı deyil, ümumiyyətlə, istənilən yerdə beləyəm. Hətta buna görə məndən tez-tez inciyirlər. Bunu özündən razılıq və saymamazlıq kimi də qəbul edənlər də var. Sadəcə özümə qapalı və şəxsi həyatımı sevən insanam. Bəli, bu əslində yazmağa kömək edir.

-Yaxşı, bəs yazarlar içində dostluq ən azından tanışlıq etdiyiniz kimsə varmı?
- Bir neçə il əvvəl Yazıçılar Birliyində Rəşad Məcidin köməyi ilə təşkil olunmuş "Gənc Ədiblər" adı altında müxtəlif yazarlar və şairlər yığılırdı. Orada bir çox yaşlı və gənc yazarla tanış olmuşdum. Eləcə də hərdən AYO-çularla da söhbətlərimiz olub. Amma çox vaxt susub dinlədiyimdən yetərincə qaynayıb qarışa bilməmişəm. Deyirlər 21-ci əsr "əlaqə" əsridir bu baxımdan yəqin geridə qalmışam.

-Siz oxucu ilə ən çox "əlaqə"yə girənlərdən olmusunuz. Niyə sizi ən çox yeniyetmələr oxuyur? Onlara ünvanlanmış yazılarmı yazırsınız, yoxsa onlar sizi o dərəcədə sevirlər ki, nə yazsanız oxuyurlar?
-Bilirsiniz, Paulo Koelyo, Den Braun, Coan Rouling dünyada ən çox oxunan yazarlardandırlar. Onların oxucu kütləsinin əksəriyyətini iyirmi yaşa qədər olan insanlar təşkil edir. Bu ümumi oxucu kütləsi ilə əlaqədardır. 45.000-lik Qaraqan rəsmi səhifəsində orta yaş həddi 18- 24-dür. Məncə bu da eyni məsələ ilə bağlıdır. Sadəcə cəmiyyətin aktiv hissəsi gənclər olur. İnanmıram ki, gənclər pis yazsam da, oxuyacaqlar. Əgər elə olsaydı, birinci kitab 10 dənə, ikinci kitab 5 dənə, üçüncü kitab 1 dənə satılardı. Dördüncü “Mələk” romanım isə heç satılmazdı. Amma, statistika əksini göstərir. Oxucuların sayı artır.

-Adlarını çəkdiyiniz yazarlar da oxucu kütləsi tərəfindən ciddi qarşılanmır. Yaxşı siz özünüz kimləri oxuyursunuz? Ümumiyyətlə, mütaliəyə vaxtınız varmı? Yoxsa elə sadəcə yazmaqla məşğulsunuz?
- Bulqakov, Dostoyevski, Markes, Züskind, Xalid Hüseyni, Pamuk, Eko, Tomas Mann bunları da sevirəm, amma Sidney Şeldon, Stiven Kind, Edqar Alan Po, Den Braun, Sisilya Axern, Riçard Bax, Bernar Verber və Beqbederi də sevirəm. Yəni özümə sərhəd qoymuram. Məndə belə bir xasiyyət var, əgər kitab rəfində bir kitaba gözüm düşdüsə, onu oxumalıyam. Fərqi yoxdur, kim yazıb, niyə yazıb. Onu tale məni qarşıma çıxarıbsa, heç olmasa ilk beş səhifəsini oxumaqla ona şans verəcəyəm.

-Deməli, siz insan talelərinə daha çox üstünlük verirsiniz. Bəs peşəkarlığınızı artırmaq üçün xüsusi ilə məqsədli oxuduğunuz yazıçı varmı? Hansı ki, onun dili, üslubu sizə daha cəlbedici gəlir.
-Əslində elə bir şey yoxdur. Əgər bu şeyləri etsəm, yazılarım səmimiyyətini itirəcək. Yalan danışacağam, birinci oxuculara, ikinci özümə. Həyat özü bizi təkmilləşdirir və oxuduğumuz hər bir kitab şüuraltı olsa da, bizdə öz izlərini qoyur. Bu, məncə bəsdir.

-Oxucularınız arasında dostunuz çoxdur, yoxsa dostlarınız arasında oxucunuz?
-Oxucular ayrı, dostlar ayrı. Amma, hər ikisini özümə çox yaxın hiss edirəm. Belə deyək- oxucular arasında mənəvi dostlarım çoxdur.

-Bəs oxucularınızla görüşürsünüzmü? Xüsusilə sizin oxucularınız sizi görməyə yaman həvəslidir. Çoxu sizi özünə ailəsindən də yaxın hesab edir. Ümumiyyətlə, kiməsə ailəsindən də yaxın olmaq necə bir hisdir və sizcə belə olmalıdırmı?
-Bəli görüşlər keçirilir. Bilirsiniz ki, indiki ailələr övladlara fiziki həyat verib genetik kodunu ötürüb daha sonra bir neçə il ərzində sosial və stereotip, adət ənənələrlə bağlı qanunlar toplusu verir. Bununla yanaşı psixoloji nizam və emosional dayaq rolunu oynayır. Amma mənim oxuculara ötürdüyüm individual ruh halı və həyat haqda alternativ düşüncələrdir. Bu baxımdan məncə həm valideynlər, həm yazıçılar gənclərin həyatında böyük rol oynayır.

-Arada yenə treklər ifa edirsiniz. Nə zamansa trek yazmağı tamam tərgitmək fikriniz varmı?
-Bu mənə zövq verirsə, niyə tərgidim ki, məncə buna ehtiyac yoxdur. Həm də bir çox gənclər kimi böyüyüb deputat olmaq üçün yaşamıram. Musiqi, uzun saç, rahat geyim bunlar mənim həyatımın bir hissəsidir. İndidən heykəl olmaq istəmirəm.

-Dünya ədəbiyyatından bir nəfəri belə tanımayıb yalnız sizin əsərləri oxuyan yeniyetmələrə, gənclərə normal yanaşırsınızmı?
-Bir çox gənc məni oxuyandan sonra dünya ədəbiyyatını da oxumağa başlayıb. Amma elələri də var yalnız məni oxuyub və dəfələrlə məktublarda bildiriblər ki, xarici ədəbiyyat onları tutmur. Öz cəmiyyətləri haqda oxumaq istəyirlər. Heç kəsi günahlandırmıram. Hər halda böyük bir oxucu kütləsini ədəbiyyatdan qoparıb özümünkü etməmişəm. Yeni oxucular gətirmişəm kitab dükanlarına. “Mələk” ilk həftəsində 500 nüsxə satılmışdı. Üçüncü tiraja hazırlaşıram.

-Sizcə oxucunu kitab dükanlarına gətirə bilmək artıq əsl yazar olmaqdan xəbər verirmi?
- Xeyr, "əsl yazar" bir ruh halıdır, onu yazıçıdan başqa heç kəs bilmir. Əsl yazar sayılan minlərlə dahi içində yalançı və fırıldaqçı da ola bilər. Eləcə də daşlanan və söyülən və heç oxunmayan tək-tük qələm sahibləri daxilən əsl yazar və dahi ola bilərlər. Bunu tarix bizə göstərir.

-Yeni əsər üzərində işləyirsinizmi?
-Bəli, yeni romanın 243-cü səhifəsindəyəm. Ümid edirəm ki, dekabr ayı üçün bitirəcəyəm. Roman haqqında danışmaq istəmirəm. Sadəcə adını deyim - "Evakuasiya"

-Maraqlı adı var. Deməli, sizə elə gəlir ki, evakuasiyaya ehtiyac var.
-Əsər haqda danışmaq istəmirəm, inşallah çıxanda oxucular biləcək əsərdə nədən danışılır.

-Sizi ölkədə oxucu səviyyəsi qane edirmi? Bilirik ki, sizi oxuyurlar. Bəs başqa istedadlı yazarları niyə kütləvi oxumurlar? Oxunulmağın sirri nədir?
-Çox vaxt deyirlər ki, populyarlığıma görədir. Elə bil ki, populyarlığı mənə zənbillə bağışlayıblar, özüm qazanmamışam. Hər iki sahədə sevilməyim mənim üçün də sirr olaraq qalacaq. Ümumiyyətlə, "sevgi" özü sirli məhfumdur. Eləcə də "Sevilmək ".

- Həmişə MKM dən sonra qalmaqallar olur. Çox güman ki, yenə də olacaq. Yəni qarşıdan qalmaqal bumu gəlir. Bu sizi qorxutmur? Ən azından baş ağrısı olacaq.
-Bizim cəmiyyət temperamentli və emosionaldır. Qalmaqalları paxıllıq, kin, düşmənçilik rakursundan yox emosionallıq və dəliqanlılıq rakursundan izləyəndə bu qalmaqallar bizim millətimizin qanındadır. Əgər avropalılar bayramlarında balaca şam yandırırsa, bizimkilər bayramda iki metrlik tonqaldan atılır. Əlbəttə bizdə istənilən tədbirlər bir az fərqli keçəcək. Amma bir - birinə düşmən olan bütün ədəbiyyatçıları və oxucuları bir şey doğma edir. Yeni kitab alanda ilk dəfə səhifələrdən gələn qoxu.. Bunu biz hamımız sevirik. Bir- birini vuranlara, qıranlara sevənlərə, dəstək olanlara hamısına bir arzum var. Burnunuzdan kitab qoxusu əskik olmasın.

publika.az


Geri dön

SmiLe_LiFe

  • 7 dekabr 2012 17:29
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

GlamouR_

  • 5 dekabr 2012 22:44
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
Sach esas deyil esas olan onun fikirleridir.Sadece deye bilerem ki SuPer'di.Choox saol amma oxumushdun. :) smile

--------------------

NeZNaKoMKa.

  • 5 dekabr 2012 18:39
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
come back, cirkin deyil sadece sacini uzadib deye ele gorunur.. trackler'ini dinlesez sizde cox seversiz... (=


wehrler ucun tewekkur

--------------------

GuNaY_83

  • 5 dekabr 2012 11:10
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
təşəəkkürlər

--------------------

come back

  • 5 dekabr 2012 03:01
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
cirkindir bu amma qizlar bunun ucun olur wassat

VIPTOZ

  • 4 dekabr 2012 23:52
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
xeber biraz uzun oldueee deyesen.qaraqanin yazdiqlarinnan xosum gelir tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

DILEKLER

  • 4 dekabr 2012 22:27
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
tewekkurler...........

LoVe_HaTe

  • 4 dekabr 2012 22:24
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
TWK...................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

solnuska

  • 4 dekabr 2012 20:12
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK...................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

so_sad

  • 4 dekabr 2012 20:04
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
maraqliydiiiiiiii

DILEKLER

  • 4 dekabr 2012 18:12
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
tewekkurelr.......

unfaithful

  • 4 dekabr 2012 17:07
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
təşəəkkürlər

--------------------

SmiLe_LiFe

  • 4 dekabr 2012 15:33
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

ღ★Diamond★ღ

  • 4 dekabr 2012 14:20
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Qaraqannnnnnnnn recourse

Music Star

  • 4 dekabr 2012 13:25
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
tewekkurler_ Qaraqan superdi

--------------------

GuNaY_83

  • 4 dekabr 2012 12:57
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler..

--------------------

..::MisS DioR::..

  • 4 dekabr 2012 12:47
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
Cox saq olun.

--------------------

fatimeyinur

  • 4 dekabr 2012 11:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore tesekkur

Prank girl

  • 4 dekabr 2012 11:19
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
mene maraqli deyil bu genclerin fikri

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ZuZuM__

  • 4 dekabr 2012 10:49
  • Məqalə: 429
  • Şərh: 6927
  • Bal:
{awards}
bu qaraqaninn saclari uzun olmasa oluremde onuncunn

--------------------

..::MuSLiMaNKa::..

  • 4 dekabr 2012 10:36
  • Məqalə: 129
  • Şərh: 385
  • Bal:
{awards}
maraqli meqaledir... tewekkurler..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}