Ata və övlad

 
Ata və övlad

Övladın dəyəri.
Allahın Peyğəmbəri (s): "Hər bir ağacın bir meyvəsi var, qəlbin meyvəsidə övladdır."
İmam Səccad (ə): "Kişinin xoşbəxtliklərindən biridə budur ki, ona köməkçi və yardımçı olan övladları olsun."
İmam Baqir (ə): "Övladının qifayə, əxlaq və rəftarının onun özünə oxşaması kişinin xoşbəxtliklərindəndir."
Övlad fitnənin mayasıdır.
Ənfal, ayə 28: "Bilin ki, sizin mal və övladlarınız sınaqdırlar (vasitələrdir) və yanında böyük hökmdarlıq olan Allahdır."
Allahın Peyğəmbəri (s): "Övladlarımız bizim ciyərparalarımızdır. Kiçiklər bizim hökmdarlarımız, böyüklər isə düşmənlərimizdir. Sağ olsalar bizim canımıza bəladırlar, ölsələr qəm və kədərimizə səbəb olarlar."
Allahın Peyğəmbəri (s): "Övladlar qorxu, kədər və qovrulmağın səbəbidir."
İmam Əli (ə): "Vaxtının çoxusunu öz övlad və uşağına sərf etmə. Çünki onlar Allahın dostları olmuş olsalar, Allah öz dostlarını öz hallarına buraxmaz. Əgər Allahın düşməni olmuş olsalar, fikir xəyalın nəyə görə Allahın düşmənlərinin qeydinə qalmaq olmalıdır


Övladı sevmək.
Allahın Peyğəmbəri (s): "Uşaqları sevin və onlarla mehriban olun."
Allahın Peyğəmbəri (s) Peyğəmbərin və səhabələrin bir dəstəsinin yanında "Mən heç vaxt heç bir uşağı öpməmişəm" deyib gedən kişiyə buyurduğundan: Bu mənim fikrimcə cəhənnəm əhlindəndir."
İmam Sadiq (ə): "Allah bəndəyə onun övladına güclü məhəbbətinə görə rəhm edir."
Uşaqlarla şadlanmaq.
Allahın Peyğəmbəri (s): "Kimin uşağı varsa, onunla uşaq kimi rəftar etməlidir."
Cabir: "Peyğəmbərin yanına gedəndə Həsən və Hüseyinin (ə) o Həzrətin belinə mindiyini, Peyğəmbərin onlar üçün əyilib diz çökdüyünü gördüm. Necə də yaxşı dəvədir sizin dəvəniz və necə də yaxşı yüklərdir sizin yükləriniz."
Övladlar arasında ədaləti gözləməyə təşviq.
Allahın Peyğəmbəri (s): "Öz övladlarınızın sizlərə ehtiram və hörmət qoymaqda ədalətli olmalarını istədiyiniz kimi, sizdə onların arsında hədiyyə və bəxşiş verəndə ədalətli olun."
İmam Əli (ə): "Allahın Peyğəmbəri (s) bir kişinin iki övladından birini öpdüyünü, digərini isə öpmədiyini gördü.Buyurdu: Nəyə görə onların arsında bərabərlik qoymadın?"




Yaxşı və ləyaqətli övlad.
Allahın Peyğəmbəri (s): "Saleh övlad cənnətin xoş ətirli güllərindən gözəl qoxulu bir güldür."
Allahın Peyğəmbəri (s): "Ləyaqətli övlad Allah tərəfindən bəndələri arasında bölünmüş xoş ətirli gül çələngidir."
Allahın Peyğəmbəri (s): "Ləyaqətli övladın olması kişinin xoşbəxtliyidir."
İmam Əli (ə): "Mən öz Allahımdan xoş sima övladlar istədim. Allahımdan Allaha itaət edən, Ondan qorxan övladlar istədim ki, ona baxanda Allaha itaət etdiklərini görüm və gözlərim işıqlansın."
İmam Sadiq (ə): "Allahın mömin bəndəsindən mirası onun bağışlanmasını istəyən əməlisaleh övladdır."
Qızları sevməməyin pislənməsi.
Allahın Peyğəmbəri (s): "(Öz) Qızlarınıza soyuq olmayın, çünki onlar qiymətli munislərdir."
Allahın Peyğəmbəri (s): "Qızlar ürəyiyanan (qayğıçəkən), köməyə yetən və bərəkətli olarlar."
Allahın Peyğəmbəri (s): "Allah-taala qarşı kişilərdən daha mehribandır. Özünə məhrəm olan qadınlardan birini razı salan elə kişi yoxdur ki, Allah-taala qiyamət günündə onu şad etməsin."
İmam Sadiq (ə): "Oğlanlar nemət, qızlar isə yaxşılıqdırlar. Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər."


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:23
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
vAllah razi olsun

vAllah razi olsun

vAllah razi olsun

--------------------

_RONALDO_

  • 4 aprel 2011 18:03
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
gözəl xəbərdi təşəkkür

--------------------

nilayka

  • 19 fevral 2011 18:35
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
gözəl xəbərdi təşəkkür

--------------------

Just For Legend

  • 11 dekabr 2010 20:11
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnattaram

--------------------

Sergio Ramos

  • 8 dekabr 2010 22:49
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
gözəl xəbərdi təşəkkür

--------------------

Grace_Angel

  • 8 dekabr 2010 22:46
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler gozel sozlerdir...ALLAH RAZI OLSUN!!!

--------------------

Ulya

  • 8 dekabr 2010 21:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol winked

R_O_M_A

  • 8 dekabr 2010 21:47
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
gozel sozlerdir ela tew

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}